"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir

26 iyul 2023-cü il tarixdə Şahbuz rayonunun Kükü kəndində kənd turizminin inkişafı məqsədilə kənd sakinləri ilə görüş keçirilmişdir. Tədbirdə giriş sözü ilə çıxış edən Şahbuz Rayon İcra Hakimiyyətininİctimai – siyasi və humanitar məsələlər üzrə müdir müaviniCəlal Paşayev bildirmişdir ki,muxtar respublikada dövlət səviyyəsində turizm sahəsinə göstərilən diqqət və qayğı bu sahənin inkişafına əsaslı təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə, rahat asfalt yollar salınmış, su xətləri çəkilmiş, müasir infra­struktur obyektləri tikilmiş, fasiləsiz təbii qaz, elektrik enerjisi, rabitə xidməti və sürətli internet şəbəkəsi istifadəyə verilmişdir.

Vurğulanmışdır ki,çox geniş yayılmış kənd turizmi üçün muxtar respublikanın bütün kəndlərində müasir tələblərə cavab verən yüksək şərait vardır. Tarixinin qədimliyi, təbiətinin rəngarəngliyi, mətbəxinin zənginliyi və insanlarının qonaqpərvərliyi kimi müsbət keyfiyyətləri bu kəndlərdə kənd turizminin geniş inkişaf imkanlarından xəbər verir. Əhalinin həyat səviyyəsinin və məşğulluğunun yüksəldilməsi nəticəsində komfortlu həyat tərzinə keçid də sürətlənir ki, bu da xüsusən isti yay günlərində öz tətilini səfalı dağ kəndlərində keçirmək istəyənlərin sayını artırır.

 

Daha sonraNaxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək Naxçıvan Muxtar Respublikasının turizm potensialı haqqında tədbir iştirakçılarına məlumat vermiş,  bildirmişdir ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Azərbaycanda da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Azərbaycanın, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının prioritet sahələrindən biri hesab edilir.Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarixə malik tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Məruzəçi qeyd etmişdir ki,bərəkətli torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar Naxçıvanda ekoloji turizmin inkişafı üçün geniş imkanlar açır.

                Qədim diyarın Biçənək, Kükü, Ağbulaq, Nursu, Keçili, Gömür və başqa yaşayış məntəqələri kənd turizminin inkişafı üçün səciyyəvi xüsusiyyətlərə malikdirlər. Şəhərin səs-küyündən uzaq, fərqli mühitdə dincəlmək istəyənlər adətən kənd turizminə üstünlük verirlər. Turizmin bu növü getdikcə populyarlığını artırmaqdadır. Dağların qoynunda, füsunkar təbiət mənzərələri ilə zəngin, sadə, kiçik bir kənd evində yaşamaq 5 ulduzlu hotellərdə qalmaq arzusunu bəzən üstələyir.

Məruzəçi   kənd evi,kənd evində qonaqlama xidmətinin təşkili,kənd evində qonaqlama xidməti üçün tələblər, qonaqların qarşılanması və yola salınması, qonaqların məmnunluğunun təmin edilməsi, qidalanmanın təşkili, evsahibləritərəfindən turistlərə göstərilənəlavə xidmətlər və digər mövzular haqqında tədbir iştirakçılarını məlumatlandırmışdır.

Daha sonra Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Saleh Quluyev çıxış edərək, müştəri cəlb edilməsində sosial şəbəkələrə xüsusi diqqət yetirməyin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Qeyd etmişdir ki, sosial şəbəkələr vasitəsilə siz qonaqlama xidmətiniz barədə məlumatları çox böyük məsrəf etmədən geniş auditoriyaya çatdıra bilərsiniz. Azərbaycanda Facebook, İnstagram, Youtube, Tiktokkimisosialşəbəkələrdəhesabaçaraq,səhifəyaradaraq məlumatlar paylaşabilərsiniz.Sosialşəbəkələrsizədahamaraqlıtanıtımetməyəimkanverir. Beləki,sizqonaqlamaxidmətininmüxtəlifcəhətləri haqqındamaraqlı məlumatlar yaza,onlarınfotolarını, video görüntülərinipaylaşa,canlıyayımlaredəbilərsiniz.Həmçinin, qonaqlarınızın fikrini bölüşə, elan saytlarında elan verə və turizm şirkətləri ilə əlaqələr qura bilərsiniz. Eyni zamanda evini turistlərə kirayəyə vermək istəyən şəxslər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinə və ya aidiyyəti kənd icra nümayəndəliyinə müraciət edə bilərlər. Məruzəçi kənd sakinlərinin diqqətinə çatdırmışdır ki, kəndlərdə kirayə verilən evlərin siyahısı və fotoları Naxçıvan Turizm İnformasiya Mərkəzinin İnternet saytında “Kirayə verilən evlər” bölməsində yerləşdirilir. Həmçinin, bu bölmədə kirayə verilən obyektin tipi, yerləşdiyi rayon və kənd, sahibkarın əlaqə nömrələri, obyekt haqqında ətraflı məlumat və digər qeydlər yer alır. Bütün bu məlumatların yerləşdirilməsi nəticəsində, internet üzərində  axtarış edən qonaqlar tərəfindən, kənd evlərinin sahibləri ilə birbaşa əlaqə yaratması imkanı yaranır.

Tədbirin sonunda kənd sakinlərini maraqlandıran suallar cavablandırılmış, və tədbir iştirakçılarına kənd turizm haqqında məlumatları özündə əks etdirən buklettəqdim olunmuşdur.

01080736
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
381
751
7658
1080736

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: