"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kitabxanalar

Naxçıvan Muxtar Respublikasında M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, Naxçıvan Dövlət Universitetinin Elektron Kitabxanası, AMEA Naxçıvan Bölməsinin Elektron Kitabxanası, şəhər və rayonlarda 8 mərkəzləşmiş kitabxana sistemi və onların filialları da daxil olmaqla 250-ə yaxın kitabxana fəaliyyət göstərir.

 

Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası

Azərbaycanın ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da uzun tarixi dövr ərzində ictimai-kütləvi kitabxana və qiraətxanalar formalaşmışdır. 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır. Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari kitabxana Naxçıvan şəhəri ilə yanaşı, ətraf kəndləri də əhatə etmişdir. 1953-cü ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası 2007-ci ildə əsaslı təmir olunmuş, modernləşmiş  kitabxana  internetə qoşulmuş, 20 kompüter dəsti ilə təmin edilmişdir. Fondunda 300000 nüsxə çap məhsulu olan kitabxananın 26000-dən çox oxucusu var. 50 nəfərlik böyük oxu zalı, 35 nəfərlik dövrü mətbuat zalı, 10 nəfərlik komputer internet zalı  fəaliyyət göstərir. Kitabxanada Azərbaycan, rus, türk, ingilis, alman, fransız, fars və sair dillərdə ədəbiyyat nümunələri vardır.

Son illər muxtar respublikada gedən mədəni yüksəliş kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında” 19 aprel 2012-ci il tarixdə Sərəncam imzalamışdır. Həmin Sərəncamla təsdiq edilən “Tədbirlər Planı”nın 3-cü bəndinə uyğun olaraq Elektron Kitabxana yaradılmışdır.

  Ünvan: Naxçıvan şəhəri, Atatürk  küçəsi

Tel: (+99436) 545-03-50 ; 545-03-49

İnternet səhifəsi: e-kitab.nakhchivan.az

 

 

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası

Naxçıvan şəhər Uşaq Kitabxanasının əsasında 1960-cı ildə yaradılmışdır. Fondunda 161000-dən çox çap məhsulu olan kitabxananın 12000-dən çox oxucusu vardır. Kitabxanada 2 oxu zalı fəaliyyət göstərir.

Ünvan: Naxçıvan şəhəri, Babək məhəlləsi (3-cü mikrorayon)

Tel: (+99436)  545-48-03 ; 545-43-38




00822328
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
136
141
3229
822328

Tarix: 19-03-2024
Biz, sosial şəbəkələrdə: