"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsini başa vuran tələbələrlə görüş keçirilmişdir

31 may 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində istehsalat təcrübəsini başa vuranNaxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri iləgörüş keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək tədbir iştirakçılarına istehsalat təcrübəsinin gedişi haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 17 fevral 2023-cü il tarixdən Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində və departamentin tabeliyində fəaliyyət göstərən müəssislərdə eləcə də muzeylərdə, mehmanxanalarda istehsalat təcrübəsinin keçirilməsi təşkil olunmuşdur. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılmış uğurlar haqqında biliklərə yiyələnmiş, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Onlar təcrübə zamanı Departamentin müxtəlif struktur bölmələrində mövcud iş prosesi ilə tanış olmuş və müəyyən iş bacarıqlarına sahiblənmiş, təhsil aldıqları ixtisas üzrə təcrübə toplayan tələbələr, gələcək iş həyatlarında mühüm sayılan vərdişlər əldə etmişlər.

 Qeyd olunmuşdur ki, tələbələrdə işgüzarlıq, təşkilatçılıq, birgə çalışmaq vərdişlərini yaratmaq, turizm sahəsindəki bilikləri təkmilləşdirmək eləcə də peşə bacarıqlarının əldə edilməsi imkanı yaradılmışdır.Çıxışın sonunda məruzəçi istehsalat təcrübəsini uğurla başa vuran tələbələri təbrik etmiş, hər birinə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Görüşdə çıxış edənNaxçıvan Dövlət Universitetininmüəllimi, təcrübə rəhbəriHəbib Zeynalov bildirmişdir ki, keçirilən istehsalat təcrübəsi tələbələrin tədris prosesində əldə etdikləri nəzəri bilikləri real iş prosesində tətbiq etməsinə imkan verir, onların peşə hazırlığının yüksəldilməsinə, praktik biliklərinin artırılmasına öz müsbət təsirini göstərir. Təcrübə rəhbəri istehsalat təcrübəsinin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01080735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
381
750
7657
1080735

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: