"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“3 mart – Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar tədbir keçirilmişdir

3 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində turizm sənayesi nümayəndələri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə“3 mart – Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, 2013-cü ildən başlayaraq hər il martın 3-ü dünyada “Ümumdünya Vəhşi Təbiət Günü”kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Bu məqsədlə də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nınekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinə uyğun olaraq, ötən dövrdə dağ cığırlarının müəyyənləşdirilməsi üçün Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov muxtar respublikaya dəvət olunmuşdur. Mütəxəssis Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olmuş, təbiət ərazilərinə baxış keçirilmiş və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilmişdir.

Sonra çıxış edən Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Turizmin inkişafı və təbliği sektoru”nun aparıcı məsləhətçisi Orxan Cəfərov qeyd etmişdir ki, Ümumdünya Vəhşi Təbiət Gününün 20 dekabr 2013-cü ildə BMT-də qəbul olunmasından əvvəl - 2013-cü ilin yazında Tailandda keçirilən Konfransda martın 3-nü Vəhşi Təbiət Günü kimi qeyd etmək təklif olunmuşdu. Konfrans iştirakçıları təkliflə bağlı BMT-yə müraciət etmiş, 180 ölkə bu Konvensiyaya qoşulmuşdur. Bu günün qeyd olunması yer üzündəki bioloji müxtəlifliyin mühafizəsinin zəruriliyini göstərirdi.

Həmin il təbii müxtəlifliyin qorunması sahəsində digər bir mühüm sənədin qəbul edilməsinin 40 illiyi də qeyd olundu. Bu sənəd “Məhv olmaq təhlükəsi qarşısında qalan vəhşi fauna və flora növlərinin beynəlxalq ticarəti haqqında” Konvensiya adlanırdı və 3 mart 1973-cü ildə qəbul edilmişdi.Bu Konvensiya ilə nadir flora və fauna növləri ilə beynəlxalq ticarət tənzimlənmişdir. Qeydə alınan vəhşi heyvan və yabanı bitki növlərinin beynəlxalq ticarəti nəzarətə götürülmüşdür. Nəzarətin dərəcəsi onların statusundan asılı olaraq nəsli və kökü kəsilməkdə olan nadir növlərin ticarətinə nəzarətdən tutmuş tam qadağan olunmasına qədər davam edir. Hazırda təxminən 5800 heyvan və 30 min bitki növünə beynəlxalq səviyyədə nəzarət edir.

Hazırda xüsusi mühafizə olunan təbiət əraziləri muxtar respublika ərazisinin 28 faizini təşkil edir ki, buraya 2 yasaqlıq - “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, “Arpa­çay” Dövlət Təbiət Yasaqlığı və 1 milli park -  Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı daxildir.

Sonra çıxış edən Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının ərazisinin özünəməxsus coğrafi şəraiti var. Cənub-şərqdən şimal-qərbə uzanan Zəngəzur-Dərələyəz silsilələri, Arazboyu düzənliklər, başlanğıcını silsilələrdən götürən çay dərələri, dağ gölləri, şəlalələr və s. coğrafi obyektləri ilə rəngarəng təbiət mənzərələri bir-birini əvəz edir. Bütün bu mənzərələrin əhatəsində yer alan yaşayış məntəqələri, xüsusilə ucqar dağ kəndləri, yaylaq-qışlaq ənənələri bu rəngarəngliyi biraz da maraqlı edir.

Məhz bu amilləri kompleks nəzərə aldıqda Naxçıvan Muxtar Respublikasında aktiv turizm imkanları üçün potensialın olduğu görülməkdədir. Məruzəçi bildirmişdir ki, 16-24 avqust 2022-ci il tarixlərini əhatə edən qiymətləndirmə zamanı ilkin olaraq 5 turizm marşrutu  Kükü – Gurbulaq şəlaləsi, Kükü – Qanlıgöl, Zorbulaq-Batabat, Parağaçay – Ağdərə - Tivi və Pəzməri şəlaləsimüəyyən edilmişdir.

Müəyyənləşdirilmiş dağ cığırları əsasında piyada marşrutları xəritə üzərində tədbir iştirakçılarına göstərilmiş və hər bir marşrut haqqında geniş məlumat verilmişdir.

Sonda isə yeni alpinizm turizm marşrutlarının yaradılması və həmin marşrutların işlənib hazırlanması müzakirə olunmuşdur.

01080735
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
15
381
750
7657
1080735

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: