"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.

Ali Məclisin Sədri qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlamış, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür etmişdir. Qeyd olunmuşdur ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilmişdir. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunmuş, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunmuşdur. Həmçinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipi və suvenirlər hazırlanmış, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılmışdır.

Nuh peyğəmbərin vətəni olan Naxçıvanın qədim tarixindən, burada dini dəyərlərin qorunub yaşadılması sahəsində görülən işlərdən və türk-islam mədəniyyətinin inkişafından danışan Ali Məclisin Sədri Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsinin əhəmiyyətini vurğulamış, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” tədbirlərinin uğurla keçəcəyinə əminliyini bildirmişdir. 

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq etmiş, İslam Mədəniyyətinin Paytaxtı seçilmiş şəhərlər və bu layihə üzrə görülən işlər barədə danışmışdır. Baş direktor bildirmişdir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsi düzgün qərar idi. Çünki Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda Naxçıvan şəhərinin müasir inkişafı, təmizliyi, havası və İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.

Naxçıvanın malik olduğu zəngin tarixi-mədəni irsin və burada İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlərin təbliğ olunması və tanıdılmasının vacibliyinin vurğulayan Əbdüləziz Osman əl-Tuveycri İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirmiş, fikirlərini “Yaşasın Azərbaycan və onun İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan şəhəri, yaşasın İslam Həmrəyliyi” sözləri ilə tamamlamışdır. 

Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018"in açılış tədbirində İslam ölkələrinin yüksək səviyyəli nümayəndələrlə təmsil olunduğunu və tədbirə böyük marağın olduğunu bildirmişdir. 
Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova təqdim etmişdir. 
Sonda xatirə fotosu çəkilmişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

"Şərq qapısı" qəzeti, 21.06.2018

01065655
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
202
139
1333
5858
1065655

Tarix: 16-11-2024
Biz, sosial şəbəkələrdə: