"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin inkişafı istiqamətində işlər davam etdirilir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2018-ci ilin iyul ayı ərzində turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Belə ki, reklam informasiya materiallarının hazırlanması diqqət mərkəzində saxlanılmış, “Naxçıvan-Qarabağlar” turist marşrutu bukletinin layihəsi hazırlanmış, müxtəlif piyada marşrutları və səyahət paketlərinin hazırlanması istiqamətində iş aparılmışdır.

Ötən dövr ərzində ekskursiya işi də diqqətdə saxlanılmışdır. 10 iyul  2018-ci il tarixdə “Naxçıvan” Universitetində təhsil alan tələbələrin Qarabağlar Türbə Kompleksinə ekskursiyası təşkil edilmişdir.

Təbliğat işində gənclərin fəallığının artırılması məqsədilə 20 iyul 2018-ci il tarixdə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nin iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbir çərçivəsində muxtar respublikasnın turizm potensialını əks etdirən fotoşəkillərdən ibarət sərgi hazırlanmış və videoçarx nümayiş etdirilmişdir.

Naxçıvan Turizm İnformasiya Mərkəzində də təbliğat sahəsində fəaliyyət gücləndirilmiş, mərkəzə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmışdır. Mərkəzə müraciət etmiş 11 nəfər (6-sı Naxçıvan Muxtar Respublikasından, 2-si Bakı şəhərindən, 2-si  İtaliyadan, 1-i Almaniyadan olmaqla) yerli və xarici turistin maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılmış, daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılmışdır.

Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər görülmüşdür. Belə ki, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar mütəmadi daxil edilmişdir. Facebook sosial şəbəkəsinə 125 məlumat daxil edilmiş, 47688 baxış sayı qeydə alınmışdır. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsinə muxtar respublika haqqında müxtəlif təbliğat xarakterli məlumatlar mütəmadi olaraq daxil edilmiş və turizm potensialının tanıdılması daim diqqət mərkəzində saxlanılmışdır. İyul ayı ərzində Mərkəzin rəsmi internet səhifəsinə 12019 baxış sayı olmuş və ümumilikdə 255152  baxış sayı qeydə alınmışdır. Həmçinin təbliğat xarakterli məlumatlar twitter və google+ səhifələrində də yayımlanmışdır. Sosial şəbəkələrə yerləşdirilmiş məlumatlar eyni zamanda Mərkəzin instagram səhifəsində də işıqlandırılmışdır.

“Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” ilə bağlı təbliğatın gücləndirilməsi məqsədilə Mərkəzin sosial şəbəkələrdəki qrup və səhifələrinə islam mədəniyyəti abidələri haqqında məlumatlar və fotoşəkillər daxil edilir. “Naxçıvan İslam Mədəniyyəti Paytaxtı-2018” rəsmi internet səhifəsi və muxtar respublikanın turizm potensialı haqqında məlumatlar  Azərbaycanın digər bölgələrində yerləşən turizm informasiya mərkəzlərinə, Azərbaycanda və 18-dən çox xarici ölkədə yerləşən turoperatorlara eləcə də mehmanxanaların elektron poçt ünvanlarına ümumilikdə 2280 məlumat göndərilmişdir.

Muxtar respublikaya gələn turistlərlə bağlı vaxtaşırı statistik məlumatlar hazırlanmışdır. 2018-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 195886 turist gəlmişdir ki, bu da 2017-ci ilin müvafiq dövründəki göstəricidən çoxdur.

Ötən dövr ərzində muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri ilə əlaqələr davam etdirilmiş, mütəmadi olaraq müsahibələr verilmiş, məqalə və məlumatlar göndərilmişdir.

01065425
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
111
271
1103
5628
1065425

Tarix: 15-11-2024
Biz, sosial şəbəkələrdə: