"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Böyük Britaniya vətəndaşı Paul Fişer sosial şəbəkələrdə Naxçıvan barədə yazdı

Bu il avqustun 29-da Böyük Britaniya vətəndaşı Paul Fişer Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrində Naxçıvan Muxtar Respublikası barədə  məlumatlar paylaşmışdır. Paul Fişer Naxçıvanın Nuh Peyğəmbərin vətəni olması ilə bağlı yazır: “Əfsanəyə görə, Nuh  Peyğəmbərin gəmisi  Ağrıdağı (Türkiyə ərazisində) istiqamətinə hərəkət etmiş, sonra Haçadağa dəymiş və dağın qayalıq zirvəsində haça yaranmışdır.  Naxçıvanın Nuh Peyğəmbərin vətəni olması iddia edilir. Şamın atasının ölümünü təsdiq  edən bir çox məzarlardan biri də burada inşa olunmuşdur”. 

Naxçıvan tarixinə nəzər salan əcnəbi qonaq daha sonra qeyd edir: “Naxçıvan xanlığı Cənubi Qafqazda müstəqil xanlıqlardan biri olmuşdur. Xan sarayı Naxçıvan şəhəri ərazisində inşa olunmuşdur. Bu növ tikililəri Şəki, Krım və Baxça­sarayda görmək olar. Türkmənçay müqaviləsi Araz çayının sahillərində fars və rus imperiyalarının sərhədlərini müəyyənləşdirdi. Sonradan bolşeviklər Naxçıvanı Azərbaycanın əsas hissəsindən ayırdılar ki, Türkiyə ilə sərhəd əlaqələri kəsilsin. Zəngəzur kimi tanınan ərazi 1920-ci ildə bolşeviklər tərəfindən Ermənistana verildi. Bu fakt hazırda da böyük narazılıq yaratmaqdadır.

Naxçıvan dəhşətli dərəcədə tətbiq edilmiş blokadadan əziyyət çəkmişdir. Coğrafi mövqeyi baxımından Azərbaycanın əsas hissəsindən ayrı düşdüyü üçün Naxçıvanda elektrik enerjisi, su və ərzaq çatışmazlığı hökm sürmüşdür. Bu gün isə vəziyyət tam fərqlidir. Tikilmiş yeni yollar, binalar və bərpa edilmiş tarixi abidələr Naxçıvanda inkişaf edən infrastrukturdan xəbər verir. Bununla yanaşı, Haçadağa gedən yolda naxçıvanlılar yolun kənarında həyətlərində yetişdirdikləri məhsulları satırlar”. 

Daha sonra Böyük Britaniya vətəndaşı növbəti paylaşımında qeyd edir: “Bu il Azərbaycan Respublikası müstəqilliyinin 100 illiyini qeyd etdi.

Azərbaycan Respublikası müstəqilliyini SSRİ-dən yox, onların sələfi olan Rus İmperiyası dövründə elan edib. 1918-1920-ci illərdə İslam Şərqində ilk parlamentli demokratik respublika Azərbaycanda qurulub. Azərbaycanda beynəlxalq seçki hüququ Amerika Birləşmiş Ştatları və Böyük Britaniyadan öncə tətbiq olunub. Bu hökumət öncüllük və dünyəviliyi ilə Azərbaycan daxilində çox yüksək rəğbət qazanmışdı. 1920-ci ilin aprelində bolşeviklər tərəfindən bu respublikanın müstəqilliyinə son qoyuldu”. 

Qədim yurd yeri Qarabağlar kəndində olan qonaq kənddən ­fotoşəkillər paylaşaraq yazır: “Bu şəkildəki Qarabağlar türbəsinin adını daşıyan sakit kənddir. Səmərqənd şəhərindəki Bibi xanım abidəsinin minarəsinə oxşayan minarələr son dövrlər təmir ­olunaraq əvvəlki vəziyyətinə qaytarılmışdır”.

"Şərq qapısı" qəzeti

04.09.2018

01065380
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
66
271
1058
5583
1065380

Tarix: 15-11-2024
Biz, sosial şəbəkələrdə: