"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Səyyahlar Naxçıvanla bağlı video və fotolar paylaşıblar

Muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin sayı artdıqca qədim və zəngin tarixi, özünəməxsus müasir inkişaf yolu, ecazkar təbiəti və qonaqpərvər insanları ilə seçilən bu qədim diyar haqqında xarici ölkə­lərin mətbu orqanlarında, rəsmi saytlarında və sosial şəbəkələrdə yayımlanan bir-birindən maraqlı səyahət təəssüratlarının da sayı çoxalır.

Bu yaxınlarda Əlincəqalada olan nigeriyalı səyyah Yoliandri Susilo burada çəkdiyi videogörüntünü özünün “Facebook” səhifəsində paylaşıb. Qala haqqında kadrarxası məlumat verən nigeriyalı qonaq buranın “Azərbaycanın Maçu-Pikçusu” adlandırıldığını vurğulayır. “Qala xarabalıqlar üzərində yenidən qurulub. Orta əsrlərdə bura Atabəylər dövlətinin iqamətgahı və ən güclü, böyük qalalarından olub. Azərbaycana məxsus olan Naxçıvanda dağın zirvəsində yerləşir. Qalaya qalxmaq üçün 35-45 dəqiqə lazımdır. Bu qalanı fəth etmək istəyən yadellilər, o cümlədən 14-cü əsrdə yaşamış Əmir Teymur bunu bacarmayıb”, – Yoliandri Susilo sosial şəbəkədə belə yazıb. O həmçinin Əlincəqalanın yerləşdiyi dağlar və coğrafi mövqe haqqında da öz izləyicilərinə məlumat verib.

Qazaxıstanın “Crovn-Travel” turizm agentliyinə məxsus olan crovn_travel.kz adlı istifadəçi isə Duzdağ mağarası haqında öz səhifəsində geniş məlumatları və Naxçıvan televiziyasının hazırladığı videoçarxı yerləşdirib. Duzdağın müalicəvi əhəmiyyəti, postsovet ölkələri arasında ən faydalı müalicə mərkəzi olduğunu vurğulayıb. Duzdağda müalicə edilən xəstəliklərin siyahısı da burada yer alıb.

Türkiyəli Erol Akcan adlı “Instagram” istifadəçisi isə Naxçıvan şəhərindən olan fotoları paylaşıb. “Atam torpağı Naxçıvan” başlıqlı fotolarda Naxçıvandakı memarlıq üslubu ilə fərqlənən tikililər öz əksini tapıb.

Qazaxıstanlı Lira Xassen öz “Instagram” səhifəsində artıq 3-cü dəfədir ki, balaca qızı ilə Naxçıvana gəldiyini və məşhur Duzdağda müalicə aldıqlarını qeyd edib. Duzdağın müalicəvi əhəmiyyəti haqqında öz izləyicilərinə geniş məlumat verən almatılı xanım buranı Tanrının möcüzəsi adlandırır. O, qədim tarixi abidələrin fotolarını da paylaşıb.

Banqkoklu “Instagram” istifadəçisi Yok-Pirmattra isə “İslam Mədəniyyətinin Paytaxtı” başlığı ilə Naxçıvandakı Şərq hama­mının görüntüsünü öz səhifəsində yerləşdirib. Müxtəlif məqamları əks etdirən fotolar qədim abidə haqqında izləyicilərə məlumat verir.

Türkiyənin www.gezerdoner.com saytında Əshabi-Kəhf ziyarətgahı ilə bağlı qısa video­material yerləşdirilib. İstifadəçi “Qurani-­Kərim”də adıçəkilən bu nadir dini ziyarətgah haqqında məlumat verir.

“Nuhçıxan” İnformasiya Agentliyi

01070386
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
30
113
4469
10589
1070386

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: