"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda Novruz bayramı geniş qeyd olunacaq

Yurdumuza Bahar gəlir. Bu münasibətlə xalqımızın qədim bayramı olan Novruz hər il Naxçıvanda xüsusi təntənə ilə keçirilir. NUHÇIXAN xəbər verir ki, bu il Novruz bayramı "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində qeyd olunacaq.

Bayram şənliyi martın 19-da saat 11:00-da başlayacaq. "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksində bayram şənlikləri davam edəcəkdir. Şənliklər çərçivəsində xalq yaradıcılığı və folklor nümunələrimiz, milli musiqi və yallılarımız, rəngarəng konsert proqramları, teatr tamaşalarından səhnəciklər şənlik iştirakçılarına təqdim ediləcək. Burada həmçinin milli mətbəx nümunələrimiz də bayram tədbirinin iştirakçılarına təklif ediləcək, əhaliyə, muxtar respublikaya gələn qonaqlara və turistlərə ictimai-iaşə xidməti göstəriləcəkdir.

Həmçinin bayram günləri – 21, 22, 23 və 24 mart tarixlərində də Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Estrada Orkestri və Kamera Orkestri, Naxçıvan Musiqi Kollecinin “Gənclik” instrumental ansamblı və Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı hər gün “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində konsert proqramı ilə çıxış edəcək.

Bayram günlərində muxtar respublikadakı bütün muzey və muzeytipli müəssisələr xidmət göstərəcəkdir. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı 22 mart, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı 20-23 mart, Naxçıvan Dövlət Uşaq Teatrı 20-25 mart tarixlərdə tamaşalar göstərəcəklər.

19-25 mart tarixlərdə muxtar respublikanın 19 kəndində rayon mədəniyyət şöbələrinin, kənd mədəniyyət evləri və klubların, uşaq musiqi məktəblərinin kollektivləri konsert proqramları ilə çıxış edəcəkdir. Eyni zamanda 25 mart tarixində Naxçıvan Dövlət Film Fondunda məktəblilər üçün film nümayişi təşkil ediləcəkdir.

 

00823790
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
178
143
636
4691
823790

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: