"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Böyük Britaniyanın “Wanderlust” jurnalı Naxçıvandan yazdı

Azərbaycan barədə bələdçi kitabının müəllifi Mark Elliott Böyük Britaniyada nəşr olunan “Wanderlust” jurnalında Azərbaycanın turizm potensialını təbliğ edən “Bakıdan kənara səfər etmək üçün ən yaxşı yerlər” sərlövhəli məqalə yerləşdirmişdir. Məqalədə Azərbaycan Respublikasının ərazisində olan 6 mühüm ərazi haqqında məlumat verilir ki, həmin ərazilərdən də 3-ü Naxçıvan Muxtar Respublikasındadır. Məqalədən həmin hissələri təqdim edirik.

Naxçıvan Muxtar Respublikası 

 Azərbaycan Respublikasından ayrı düşmüş Naxçıvanda çoxlu sayda görməli, maraqlı yerlər var. Tarixi 1186-cı ilə aid olan və oyulmuş daşlardan tikilmiş qüllətipli Möminə xatın türbəsi çox gözəldir. Həmçinin Naxçıvanda içərisində gecələməklə astma xəstəliyinin müalicəsi üçün istifadə olunan duz mədəni var. Ordubadın gözəl və yaşıl kəndlərində yerli əhali bahalı, həddindən artıq az şirinli və ləzzətli limonlar yetişdirir.

  Nuh Peyğəmbərin türbəsi

Fərz edək ki, biz “İncil”də bəhs olunan Dünya tufanını tarixi hadisə olaraq qəbul edirik. Deyə bilərsinizmi, gəmi yerə dəydikdən sonra Nuh Peyğəmbər öz ailəsi ilə harada məskən salıb və yaşayıbdır? Azərbaycanlıların fikrincə, bu yer Naxçıvandır. Bunu sübut etmək üçün Nuh Peyğəmbərin qəbirüstü türbəsinə baxa bilərsiniz. Burada havanın aydın olduğu günlər şərqdən baxdıqda uzaq səmada üzən Fuji dağı kimi Ağrı dağının qarla örtülmüş konusvarı zirvəsini görmək mümkündür. Nuh Peyğəmbərin qəbri başdan-başa mavi rəngli kaşı ilə bəzədilmiş və üst hissəsi konusvarı formada əhatələnmiş türbədən ibarətdir.

Azərbaycanın Maçu Piçusu olan Əlincəqala

Naxçıvanda dağın zirvəsində yerləşən Əlincə­qala möhtəşəmdir. Sonu bitməyən pilləkənlərlə qalxaraq Əlincəqalanın tarixi qalıqlarına baxmaq olar. Bu qala Azərbaycanın Maçu Piçusu adlanır. Bu qaladan Haçadağın qeyri-adi, dişəbənzər zirvəsini və Araz çayı boyunca İran ərazisində yerləşən dağ silsilələrini görmək olar

 

01010855
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
134
445
1632
186413
1010855

Tarix: 25-04-2024
Biz, sosial şəbəkələrdə: