"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizmin inkişafı diqqətdə saxlanılır

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti aprel ayında fəaliyyətini qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində qurub. Bu dövrdə Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə III kurs tələbələrinin 15 aprel 2019-cu il tarixdən mehmanxanalarda istehsalat təcrübəsi keçmələri təşkil olunub.

“İdeyadan başlanğıca” devizi altında layihələrin qəbul edilməsi məqsədilə Turizm Departamentində ekspert qrupu yaradılıb.Aprelin 30-da Naxçıvan Turizm İnformasiya Mərkəzində “Turizm sahəsində startapların hazırlanması” mövzusunda Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində Turizm və otelçilik ixtisasları üzrə təhsil alan tələbələrlə görüş keçirilib.

Turizm Departamentinin əməkdaşları tərəfindən Şahbuz rayonunun Ağbulaq və Kükü kəndlərində hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilərək təqdimatı keçirilib. Qanunvericiliyə uyğun olaraq sertifikatlar, eləcə də VÖEN-lər hazırlanıb və ev sahiblərinə təqdim olunub. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılıb, həmin evlər haqqında ümumi məlumat və fotoşəkillər sayta yerləşdirilib. Bu dövrdə Darıdağ Arsenli Su Müalicəxanasının və Naxçıvan şəhəri üzrə turist xəritəsinin hazırlanması üzrə iş aparılıb.

Mərkəz təbliğat sahəsində fəaliyyətini gücləndirib, müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılıb. Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə məlumatlar daxil olub. “Facebook” sosial şəbəkəsinə 43 məlumat daxil edilib, 9366 baxış sayı qeydə alınıb. Həmçinin təbliğat xarakterli məlumatlar “Twitter” və “Google+” səhifələrində də yayımlanıb. Naxçıvan Muxtar Respublikasının turizm potensialı, Naxçıvanın türk-islam mədəniyyəti abidələri, “Naxçıvanqala” TarixMemarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalı haqqında məlumatlar Azərbaycanın digər bölgələrində yerləşən Turizm İnformasiya mərkəzlərinə, Azərbaycanda və 20-yə yaxın xarici ölkədə fəaliyyət göstərən turoperatorlara, eləcə də mehmanxanaların elektron poçt ünvanlarına göndərilib.

Yaradılmış müasir infrastrukturun müsbət nəticəsi olaraq 2019-cu ilin yanvar-mart ayları ərzində Naxçıvan Muxtar Respublikasına ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən, ümumilikdə, 99 min 644 turist gəlib.

Naxçıvan Muxtar Respublikasının

Turizm Departamenti

 

01081534
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
74
93
1549
8456
1081534

Tarix: 29-12-2024
Biz, sosial şəbəkələrdə: