"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Növbəti seminar və praktik məşğələ keçirilmişdir

24 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar və praktik məşğələ də həmin tədbirlərin davamıdır.

Qeyd olunmuşdur ki, tələbələrin asudə vaxtını səmərəli təşkil etmək, muxtar respublikanın turizm potensialının təbliğində, keçirilən tədbir və festivallarda gənclərin fəal iştirakını təmin etmək, onları turizm sektoru üçün peşəkar kadr kimi formalaşdırmaq məqsədi ilə cari ilin sentyabr ayından etibarən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Turizm könüllüsü” layihəsinə start verilmiş və indiyədək bu layihəyə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan ümumilikdə 74 nəfər tələbə cəlb olunmuşdur.

Sonra tələbələrə ekskursiyanın təşkil olunması haqqında geniş məlumat verilmiş, ekskursiyanın ümumi xüsusiyyətləri, təsnifatı, hazırlanma texnologiyası, keçirilmə texnikası və ekskursiya aparılmasının əsas metodik üsullarından bəhs edilmiş, müvafiq sxemlər əyani nümayiş etdirilmişdir. Qeyd olunmuşdur ki, turizm firması turistə gecələmə və qidalanmadan başqa, gəldiyi yerin tarixi, memarlıq abidələri, təbiəti, əhalinin milli xüsusiyətləri, adət və ənənələri ilə tanış olmaq imkanı, həmçinin istirahət və əyləncə üçün şərait yaratmalıdır.Ekskursiyalar, yürüşlər və gəzintilər firmanın menecerləri və ekskursiya bələdçiləri tərəfindən hazırlanarkən dəqiqlik, icra olunarkən təcrübə və yüksək peşəkarlıq tələb edilir.

Daha sonra “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində mövzu ilə bağlı praktik məşğələ keçirilmiş, ekspozisiyaya baxış olmuşdur.

01070372
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
16
113
4455
10575
1070372

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: