"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının turizm sektoru nümayəndələri Quş Gözləmçiliyi Turizmi üzrə təlimdə iştirak ediblər

29 yanvar 2020-ci il tarixdə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanda Quş Gözləmçiliyi turizmi mövzusunda onlayn təlim keçirilmişdir. Azərbaycanın bütün bölgələrinin təmsil olunduğu tədbirdə Naxçıvan Muxtar Respublikasının turizm sektoru nümayəndələrinin də iştirakı təmin edilmişdir. 

İngilis dilində keçirilən təlimdə Azərbaycan Turizm Bürosunun Məhsul İnkişaf Departamentinin mütəxəssisi Ülviyyə Səfərova çıxış edərək bildirmişdir ki, təlimin məqsədi ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin quş gözləmçiliyi turizmi üzrə nəzəri və praktik biliklərini artırmaq, eləcə də müxtəlif regionlarda turizmin bu növünün inkişaf perspektivlərini müzakirə etməkdən ibarətdir.

Sonra Azərbaycan Turizm Bürosunun əməkdaşı, beynəlxalq ekspert Tomas Aleks Haraldson çıxışetmişdir. Qeyd olunmuşdur ki, quş gözləmçiliyi turizmin az sərmayə tələb edən, lakin böyük gəlir gətirən növlərindən biridir və dünyanın bir çox ölkələri bu sahədə böyük təcrübəyə malikdir

Təlimçi xüsusi mühafizə olunan təbiət ərazilərinin timsalında Azərbaycan Respublikası ərazisində quş gözləmçiliyi turizminin inkişaf perspektivlərini regionlar üzrə təhlil edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının əlverişli coğrafi mövqeyi, özünəməxsus iqlimi, bu torpağa zəngin təbii gözəlliklər bəxş etmişdir və ərazinin təbiəti Azərbaycanın digər bölgələrindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Burada quşların 226 növü aşkar olunmuşdur. Muxtar respublika ərazisində müşahidə olunan Qafqaz tetrası (Lymms miokosiewiczi), Qafqaz uları (Tetraogaiius caucasicus), Səhra kəkliyi (Ammoperdix griseogulahs), Kəklik (Alectoris chukar), Aladöş Çərənçi (Pmnella ocularis), Tuqay bülbülü (Cercotrichas galactotes), Ağboğaz bülbül (Irania gutturalis), Qızılquyruq çaxraqcılı (Oenanthe chrysopygi), Kiçik qayalıq sittası (Sitta neumayer), Böyük qayalıq sittası (Sitta tephronota), Qırmızıqanad hörücüyəoxşar (Serinus pusiiius), Səhra çaxraqcılı (Rhodospiza obsoieta) və Qayalıq vələmirquşları (Embenza buchanani) kimi nadir quş növləri böyük maraq doğurur və bu quşlardan bəzilərinə Azərbaycanın digər bölgələrindəümumiyyətlə rast gəlinmir. Bu amil isə öz növbəsində muxtar respublikada quş gözləmçiliyi turizminin inkişafına böyük stimul yaradır. 

Təlimdə həmçinin, Azərbaycanda quş gözləmçiliyi turizminin kommersiya aspektləri, marketinqi və rəqabətədavamlılığı, bu istiqamətdə qazanılmış təcrübə, müvafiq kateqoriyadan olan turistlərin ümumi tələbləri və digər mövzularda fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sonda turizm şirkətləri nümayəndələrinə 5 nəfərdən ibarət ingilisdilli turist qrupu üçün birgünlük tur proqramı layihəsinin hazırlanması ev tapşırığı kimi müəyyən edilmişdir. 12 fevral 2021-ci il tarixdə keçiriləcək növbəti təlimdə mövzu üzrə yeni ekspert rəylərinin dinlənilməsi və hazırlanacaq tur proqramların qiymətləndirilməsi nəzərdə tutulub.

 

01081117
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
172
225
1132
8039
1081117

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: