"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İstehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir

13 aprel 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.

Konfransı giriş sözü ilə Departamentin Direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışmış, bildirmiş ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir. 

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında" 2019-cu il 3 aprel tarixli sərəncamı ilə Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisasları Departamentə hamiliyə verilmişdir. Sərəncamın icrası ilə əlaqədar mütəmadi olaraq tələbələrlə görüşlər, müxtəlif mövzularda seminar və konfranslar keçirilir,  onların daim ekskursiyalarda iştirakı təşkil olunur.

Ə.Novruzov təcrübədə tələbələrin praktiki bacarıqlarının inkişafına və ixtisaslı bir turizm işçisi kimi formalaşmalarına xüsusi diqqət yetiriləcəyini, təcrübə prosesində tələbələrin fəallıq göstərməsinin vacibliyini vurğulayaraq onlara uğurlar arzulamışdır.

Sonra “Naxçıvan” Universitetinin təcrübə rəhbəri Əli Cabbarov  çıxış edərək tələbələrin hazırlıq səviyyəsinin müəyyən edilməsində istehsalat təcrübəsinin əhəmiyyətini vurğulamış, tələbələrin təcrübəli və hazırlıqlı kadr kimi formalaşmasında təcrübənin müstəsna əhəmiyyətə malik olduğunu qeyd etmişdir. Daha sonra Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək istehsalat təcrübəsinin proqramı haqqında tələbələrə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təcrübə müddətində tələbələrin Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və tabeliyində olan müəssisələrin, eləcədə Naxçıvan şəhərində yerləşən muzeylərin, həmçinin muxtar respublikada fəaliyyət göstərən mehmanxanaların və turoperatorların fəaliyyəti ilə tanışlığı təmin ediləcəkdir.

Konfransın sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

01081149
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
204
225
1164
8071
1081149

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: