"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Universitetində “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir

15 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları” mövzusunda seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Əşrəf Ələkbərov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası Turizm Departamentinin hamiliyinə verilmişdir. Bu Sərəncamın icrası ilə əlaqədar olaraq tələbələrin peşə hazırlığının yüksəldilməsi məqsədilə Departament tərəfindən mütəmadi olaraq universitetimizdə müxtəlif formatlı tədbirlər keçirilir, müəyyən edilmiş vaxtlarda tələbələrin istehsalat təcrübəsi keçmələri təmin olunur, müxtəlif turizm məkanlarına ekskursiyaları təşkil edilir. İnanırıq ki keçirilən bu cür tədbirlər gələcəkdə kadrların daha peşəkar səviyyədə formalaşmasına öz müsbət təsirini göstərəcəkdir.

Seminarda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov muxtar respublikanın turizm potensialı haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir. Bidirmişdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə eləcə də sürətli inkişaf edən iqtisadi sektora çevrilib. Ölkəmizdə, o cümlədən dünyanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən biri olan Naxçıvanda turizmin inkişafı muxtar respublika iqtisadiyyatının vacib sahələrindən biri hesab edilir. Məruzəçi qeyd etmişdir ki, günü-gündən inkişaf edən və müasirləşən bu diyarda böyük turizm potensialı var. Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin birbaşa diqqət və qayğısı sayəsinə muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etdirilir, müasir tələblərə cavab verən turizm obyektləri yaradılır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Turizmin inkişafı və təbliği sektorunun aparıcı məsləhətçisi Orxan Cəfərov çıxış edərək turist marşrutlarına tələblər və marşrutun hazırlanma qaydaları haqqında tələbələrə geniş məlumat vermiş, müvafiq sxemlər slayd vasitəsilə nümayiş etdirilmişdir.  Bildirmişdir ki, turizm marşrutları turistlərin səyahət motivlərinə, turların müddətinə, hərəkət istiqamətinə, fəaliyyət zamanına, təşkil olunma üsullarına, istifadə olunan nəqliyyat vasitələrinin növlərinə görə təsnif olunur.

Həmçinin tələbələrə nəqliyyat vasitələrindən istifadədən asılılığa, hərəkət istiqamətinə, fəaliyyət zamanına, müddətinə görə turist marşrutlarının təsnifatları haqqında geniş məlumat verilmişdir. Sonra marşrutların hazırlanması zamanı tələb olunan qaydalar haqqında  tələbələr maarifləndirilmişdir.

Tədbirdə tələbələri maraqlandıran suallar cavablandırılmış və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi bukleti tələbələrə təqdim olunmuşdur.

Tədbirin sonunda muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

 

01081208
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
253
1223
8130
1081208

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: