13 may 2022-ci il tarixdə Gənclər Mərkəzində turizm könüllüləri üçün “Peşəkar bələdçi” təliminin I modulu keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin “Statistika və sertifikatlaşdırma” sektorunun müdiri, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının “Peşəkar bələdçi şəhadətnaməli” təlimçisi Süleyman Rüstəmov bildirmişdir ki, keçirilən təlimlərin əsas məqsədi peşənin imicini artırmaq, təlim vasitəsilə yüksək peşəkarlıq standartlarını yüksəldərək bələdçiliyin keyfiyyətinin artırılması, bu sahə üçün yeni insan resurslarının müəyyənləşdirilməsi, yerli turist bələdçilərindən istifadəni təşviq etmək, bazara çıxarmaq və təmin etməkdir.
Təlimçi könüllülərə modula ümumi baxış, ilkin səyahətlərin yaranması, Azərbaycanda turizmin qısa tarixi, ekskursiyanın mahiyyəti, ekskursiya zamanı məntiqi təfəkkür qanunlarından istifadə haqqında məlumat vermişdir.
Qeyd olunmuşdur ki, bələdçilik fəaliyyəti yeni qəbul olunmuş “Turizm haqqında qanun”un müvafiq maddəsi ilə tənzimlənən sahəyə çevrilmişdir. Bildirmişdir ki, muxtar respublikamızda turizm sektoru sürətlə inkişaf etməkdədir.
Bu qədim diyar artıq beynəlxalq turistlər üçün cəlbedici məkana çevrilir. Ölkəyə gələn turistlərə yüksək standartlara uyğun xidmətin göstərilməsi isə bir çox faktorlardan asılıdır. Bu baxımdan turizm-ekskursiya işinin təşkilində bələdçilərin, bələdçi-tərcüməçilərin rolunu ayrıca qeyd etmək lazımdır.Bələdçi-ölkəyə gələn turistlərin yüksək səviyyədə qarşılayıb, yola salan şəxsdir. Onlar turistlərin qarşılaşacağı əhalinin ilk və bəzən yeganə təmsilçiləridir.
Məruzəçi vurğulamışdır ki, məqsədimiz bu modulu tamamladıqdan sonra könüllünün turizm-ekskursiya işinin təşkilini yüksək səviyyədə bacarmağıdır.Modulumuzun I təlim nəticəsini mənimsəyən tələbə bələdçilik sənətinin tarixini, mahiyyətini və bələdçilik peşəsi ilə bağlı huquqi-normativ sənədləri biləcək, bələdçilik peşəsinin bu gününü və keçmişini uzlaşdırmağı, ekskursiyanın mahiyyətini müəyyən etməyi, peşəkar bələdçi peşəsi ilə bağlı hüquqi normativ sənədləri sadalamağı bacaracaqdır.
Sonra təlimçi könüllülərə bələdçi şəhadətnaməsi almaq üçün prosedur qaydalarını izah etmişdir.
Həmçinin təlimdə müvafiq məlumatlar könüllülərə slayd vasitəsilə nümayiş etdirilmişdir.