"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Dağ cığırları əsasında piyada marşrutlarının müəyyənləşdirilməsi istiqamətində işlər aparılır

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 yanvar 2018-ci il tarixli, 215-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın 5.1-ci bəndi (Naxçıvan Muxtar Respublikası ərazisinin görməli yerləri üzrə piyada marşrutlarının tərtib edilməsi) və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nın ekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinin icrası istiqamətində işlər davam etdirilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi ilə departamentin əməkdaşı tərəfindən 16 avqust 2022-ci il tarixdən başlayaraq Şahbuz rayonunun Kükü və Keçili kəndləri, Ağbulaq İstirahət Mərkəzi, Gurbulaq, Ballıdüz şəlalələri və Qanlıgöl istiqamətində, Culfa rayonunun İlandağ ətrafında, Ordubad rayonunun Parağaçay, Ağdərə, Tivi və Bist kəndlərində, həmçinin Göygöl və Gəmiqaya ərazisində dağ cığırlarının müəyyənləşdiriliməsi və qiymətləndirilməsi aparılmışdır. 27 avqust 2022-ci il tarixədək isə Şərur rayonunun Şahbulaq kəndi - Sulu dərə, Ordubad rayonunun Nürgüt, Nəsirvaz, Pəzməri kəndləri və Pəzməri şəlaləsi ətrafında dağ cığırlarının müəyyənləşdiriliməsi və qiymətləndirilməsi aparılacaq.

Dağ piyada marşrutlarının müəyyən edilərək turizmin dəyər zəncirinə qazandırılması, məhsulun aktiv turizm fəaliyyəti ilə məşğul olmaq istəyən turistlərə təklif edilməsi, ucqar kəndlərdə yaşayan əhalinin turizmə cəlb olunması və turizm fəaliyyətində birbaşa iştirakının təmin edilməsi, turizm gəlirlərindən yerli icmaların birbaşa faydalanması, kənd evlərinin kirayə verilməsi, ailə təssərrüfatı məhsullarının satışının həyata keçirilməsi məqsədi daşıyır.

Yaradılacaq marşrutlar Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin rəqəmsal distributasiya kanallarında,Azərbaycanın turizm təbliğatı üzrə əsas internet səhifəsi olan “Azerbaijan.travel”də, beynəlxalq auditoriya üçün sosial platformalar üzərindən experienceazerbaijan və explorenakhchivan, yerli auditoriya üçün “Macəra yaxındadır” daxili turizmin təbliği layihəsinin sosial media kanallarında təbliğ ediləcəkdir.  Müəyyənləşdirilmiş dağ cığırları marşrutlarının izləri GPS-lə qeydə alınaraq dünyada təbiət yürüşləri həvəskarları arasında məşhur olan “Wikiloc”“Viewranger” kimi platformalarda yerləşdiriləcək.

01063050
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
234
340
2866
3253
1063050

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: