"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirilib

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may ayının 10-dan etibarən ““Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində foto müsabiqə həyata keçirib.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Qərb Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirildi.

 

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndəsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, turizm şirkətlərinin və qeyri hökümət təşkilatlarının əməkdaşları, jurnalistlər və fotoqraflar iştirak edirdilər.

Üç saat davam edən tədbirdə turizm sahəsində çalışan qeyri-hökumət təşkilatları və turizm şirkətlərinin əməkdaşları ilə danışıqlar aparılıb.

Muxtar respublikadan göndərilən tanıtım məlumatların çoxluğunu, kəmiyyət və keyfiyyət cəhətdən ətraflı olmasını və kataloqun hazırlanmasında fəal iştirakını nəzərə alaraq Naxçıvan Muxtar Respublikası rayonlar içərisində Bakı-Abşerondan sonra 2-ci yerdə salınmış və digər rayonlarla müqayisədə muxtar respublikaya daha geniş yer ayrılmışdır.

Tədbirdə "Azərbaycan” turistlər üçün məlumat kataloqunun hazırlanmasında fəal və müvəffəqiyyətlə iştirak edən Naxçıvan Turizm İnformasiya Mərkəzi Fəxri Fərmana layiq görülüb. Mərkəzin rəhbəri Gülnarə Sadiqovaya Sertifikat təqdim olunub. Bundan başqa 50 nüsxə tanıtım kataloqu Naxçıvan Turizm İnformasiya Mərkəzinə hədiyyə edilib. Gülnarə xanım Naxçıvan Muxtar Respublikasına göstərildiyi diqqətə görə, birliyə öz təşəkkürünü bildirib.

 

01081150
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
205
225
1165
8072
1081150

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: