"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın da təmsil olunduğu “AITF 2017” turizm sərgisində 22 ölkədən 272 şirkət iştirak edəcək

Naxçıvanın da təmsil olunduğu “AITF 2017” turizm sərgisində 22 ölkədən 272 şirkət iştirak edəcəkAprelin 6-da Bakı Ekspo Mərkəzində XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi keçiriləcək.

Sayca 16-cı dəfə təşkil olunacaq bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya toplayacaq və regionun, həm daxili, həm də xarici turizm dinamikasını yaxından təqdim edəcək.

Bu fikirləri “AITF 2017” turizm sərgisinə həsr edilmiş mətbuat konfransında “Iteca Caspian” şirkətinin icraçı direktoru Fərid Məmmədov deyib.

Bildirilib ki, builki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edəcək. Eyni zamanda, ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur. Milli stendlər arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan, Mərakeş, Tailand, Türkiyə və Çexiyanın stendləri eləcə də “Roqaşka Slatina” (Sloveniya) və Stavropol (Rusiya) əyalətini təmsil edən stendlər yer alacaq. Bu il ilk dəfə sərgidə Kolumbiya və Kuba da iştirak edəcək. Regional stendlər arasında Dağıstan (Rusiya) və Odessa (Ukrayna) debüt edəcək.

Turizmin ölkə iqtisadiyyatının perspektivli sahələrindən biri olduğunu söyləyən Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev qeyd edib ki, sözügedən sərgi hər il Azərbaycanda turizm bazarının imkanlarını nümayiş etdirməklə, ölkənin daxili turizm sektorunun inkişafında yaxından iştirak edir. Eyni zamanda, sərgi Azərbaycan turizm potensialını əyanı şəkildə xarici qonaqlara nümayiş etdirir.

Ötən il ölkəmizə 2 milyon 242 min 783 turistin gəldiyini deyən A. İsmiyev bu il bu istiqamətdə xeyli artım olacağını vurğulayıb.

Sərginin meneceri Cəmilə Quliyeva açıqlamasında söyləyib ki, xarici eksponentlər arasında Böyük Britaniya, Rusiya, İtaliya, Çin, Türkiyə və Ukraynanı təmsil edən debütant şirkətlər də yer alır. Onun sözlərinə görə, debütantlar “AITF” iştirakçıların 34 faizini təşkil edir.

Diqqətə çatdırılıb ki, aprelin 6-8-də Bakı Ekspo Mərkəzində təşkil olunacaq “AITF” sərgisi ilə yanaşı, regionda otel və restoran sənayesinin yeganə ixtisaslaşmış tədbiri olan 11-ci Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar “Horex Caucasus 2017” sərgisi də açılacaq. Sərgi aprelin 6-8-də yalnız turizm peşəkarları, aprelin 8-dən isə geniş ictimaiyyət üçün açıq olacaq. Sərgi çərçivəsində vorkşop keçiriləcək və bu tədbir aparıcı yerli turizm şirkətləri ilə işgüzar əlaqələr qurmaq və vasitəçi olmadan birbaşa danışıqlar aparmaq imkanı yaradacaq.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası bu sərgidə ayrıca stendlə təmsil olunacaq.

01073837
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
148
458
759
1073837

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: