"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Prezident İlham Əliyev Naxçıvanın da təmsil olunduğu “AITF-2017” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev Naxçıvanın da təmsil olunduğu “AITF-2017” sərgisi ilə tanış olub  - YENİLƏNİBAprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.

Bu ilki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.

Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən – İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.

Sərgidə ölkəmizin digər bölgələrinin turizm imkanları da nümayiş etdirilir. Prezident İlham Əliyev ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, indi paytaxtla yanaşı, bölgələrimizdə də müasir turizm infrastrukturu yaradılıb. Azərbaycanın qədim və zəngin mədəniyyəti, milli mətbəximizin müxtəlifliyi, xalqımızın qonaqpərvərliyi də turistləri ölkəmizə cəlb edir.

Stendlərlə tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgilərin işinə uğurlar arzuladılar.

01081193
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
248
225
1208
8115
1081193

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: