"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Dövlət Universitetinin tələbələri Təbriz Mehmanxanası və Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar

Mayın 1-də Naxçıvan Dövlət Universitetinin Turizm və Otelçilik ixtisası üzrə təhsil alan tələbələri Təbriz Mehmanxanası və  Naxçıvan Turizm İnformasiya Mərkəzində olublar.

Təbriz Mehmanxanasına gələn tələbələrə Mədəniyyət və Turizm Nazirliyinin aparat rəhbəri Gülbuta Babayeva məlumat verərək bildirib ki,  Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı mühüm işlər görülür. Son illər bu qədim diyarın mədəni irsinin tanıdılması və təbliği, həyata keçirilən abadlıq, quruculuq işləri turizm sahəsinin də inkişafına təsir edib. Hazırda Muxtar Respublikada turizm fəaliyyətinə lisenziya alan 4 fiziki və 3 hüquqi şəxs, 21 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərir.

Həmçinin muxtar respublikada 29 muzey və muzeytipli müəssisə, 1200-dən çox daşınmaz tarix-mədəniyyət abidəsi var. Cari ilin yanvar-fevral  ayları  ərzində muxtar respublikaya 45 min nəfərə yaxın turist gəlib ki, bu da bir il öncəki  göstəricidən 7  faiz çoxdur.

Mehmanxananın müdiri Bəkir Baş tələbələrə  otel haqqında məlumat verib. Tələbələr burada xidmətin təşkili ilə maraqlanıb, göstərilən xidmətləri əyani izləyiblər.

Naxçıvan Turizm İnformasiya Mərkəzinə gələn tələbələrə mərkəzin  direktoru Gülnarə Sadiqova məlumat verib. Bildirib ki, elektron resurslardan səmərəli istifadə olunması turizmin inkişafında başlıca rol oynayır. Naxçıvanda bu istiqamətdə də ardıcıl tədbirlər görülür. Naxçıvan Turizm İnformasiya Mərkəzinin fəaliyyətə başlaması bu yöndə sistemli işlərin görülməsini təmin edib. Mərkəz turizm obyektlərinə marşrutlar təşkil etməklə yanaşı, internet saytı və sosial şəbəkələr üzərindən də təbliğat işlərini yerinə yetirir.

01081198
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
0
253
1213
8120
1081198

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: