"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə və Xanəgah Abidə Kompleksinə ekskursiya təşkil olunub

Mayın 17-də Beynəlxalq Muzeylər Günü ərəfəsində Mədəniyyət və Turizm Nazirliyi sistemində işləyən bir qrup gəncin “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinə və Xanəgah Abidə Kompleksinə ekskursiyası təşkil olunub.

Gənclər əvvəlcə “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olublar. Muzeydə məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı  “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 11 fevral 2014-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. Muzeydə Əlincəqalada məskunlaşan insanların həyat tərzini əks etdirən maddi-mədəniyyət nümunələri, xüsusilə qədim məişət əşyaları, qalada aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri haqqında ekskursiya iştirakçılarına məlumat verilib.

Daha sonra gənclər Əlincəqalanın zirvəsinə qalxmışlar. Onlara məlumat verilib ki, Naxçıvanın bənzərsiz və özünəməxsus müdafiə istehkamı olan Əlincəqalada bərpa işləri aparılmış, giriş qapıları, bürclər, qala divarları, qədim yaşayış yerləri, hovuzlar, səngər və müdafiə yerləri əvvəlki görkəmini almışdır. Qala və burada yaradılmış muzey qala müdafiəçilərinin yaşayış və qəhrəmanlıq tarixini öyrənmək, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək baxımından əhəmiyyətlidir.

Əlincəqala özünəməxsus təbiəti olan bu yerlərin əzəmətini, mübarizliyini göstərir. Qalanın möhtəşəm divarları və qayanın sıldırım olması onu sarsılmaz müdafiə istehkamına çevirmişdir. Qalada arxeoloji qazıntı işləri aparılmış və maraqlı nəticələr əldə edilmişdir.

Qeyd edilib ki, Qala divarları və bürclər əzəmətli görkəmi ilə Naxçıvan memarlıq məktəbinin qədim izlərini özündə yaşadır. Bərpa işləri zamanı qalanın zirvəsinə doğru yol salınmış, qala ərazisində eləcə də yol boyunca işıqlandırma sistemləriquraşdırılmış və ətrafa yaşıllıqlar salınmışdır.

Gənclər Əlincəqala yaxınlığında yerləşən XII-XV əsrlərə aid Xanəgah memarlıq kompleksində də olublar. Onlara burada bu abidə və orta əsrlərdə hürufizmin mühüm ocaqlarından biri olan bu müqəddəs yerlər haqqında maraqlı bilgilər verilib.

Ekskursiya iştirakçıları buradan xoş təəssüratla ayrılıblar.

01081114
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
169
225
1129
8036
1081114

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: