"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun solo konserti olacaq

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun 25 may 2017 ci il tarixdə saat 17:00-da solo konserti keçiriləcəkdir.

Konsertdə Amerika Jazz musiqisi ilə yanaşı Xalq mahnıları və Azərbaycanın görkəmli bəstəkarlarının əsərləridə Jazz üzlubunda dinləyicilərə təqdim olunacaqdır.

Qeyd edək ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayon Şahtaxtı kəndində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinə qəbul olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdi.2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş, 2004-ci ildə fərqlənmə ilə bitirmişdir.2004-cü ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.

Əfqan Rəsul dünyanın müxtəlif ölkələrində solo konsertlərlə çıxış etmişdir. Norveç (Oslo-2006), Moldova (Kişinyov-2007), Rusiya (Perm-2007), Fransa (Paris-2008), Gürcustan (Tiflis-2015) və 2017-ci ildə Amerikanın New York şəhərində Smalls Jazz Clubunda solo konsertlər vermişdir.

 

00823926
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
314
143
772
4827
823926

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: