"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi kitabxana işində kadr hazırlığına böyük töhfə verəcəkdir

Mayın 23-də Naxçıvan Musiqi Kollecində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” adlı kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru  Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın xidmət şöbəsinin müdiri Dilarə Əliyeva “Azərbaycan Ərəb Xilafətinin tərkibində”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Azərbaycan dövlətləri və onların qarşılıqlı münasibətləri”, kitabxanaçı  Zeynəb Sadıqova  “Ərəb işğalının Azərbaycan əhalisinin dilinə, etnik tərkibinə və dini görüşlərinə təsirinə dair”, baş kitabxanaçı Şövkət Məmmədova “Ərəb hakimiyyəti dövründə Azərbaycanın hüdudları, şəhərləri, digər yaşayış məskənləri və yolları” adlı mövzularla çıxış etmişdirlər.

Çıxışlarda orta əsr ərəb tarixi və coğrafi mənbələri, eləcə də müvafiq elmi ədəbiyyat əsasında tarixi Azərbaycan torpaqlarının VII əsrin ortalarına yaxın yeni dünya imperiyasının-Ərəb Xilafətinin tərkibinə qatılması, XIII əsrin əvvəllərində bölgənin iqtisadi-mədəni yüksəlişinə müvəqqəti ara vermiş monqol hücumları ilə tamamlanan altı əsrlik dövrü əhatə  etməsi haqqında geniş məlumat verilmişdir. Əsərdə ərəb işğalı nəticəsində Azərbaycan və onun əhalisinin tarixi taleyində baş vermiş köklü dəyişikliklər araşdırılmış, Xilafətlə Azərbaycanın, eləcə də IX-XII əsr Azərbaycan dövlətlərinin qarşılıqlı münasibətlərinə dair bir sıra məsələ və problemlər tədqiq edilmişdir.

Tədbirə  Naxçıvan Musiqi Kollecinin müəllm və tələbələri, həmçinin kitabxanaçılıq üzrə 10 günlük dərs və təcrübə keçən rayon(şəhər) MKS-nin və kənd filiallarının kitabxanaçıları dəvət edilmişdir.

Tədbirin sonunda Kollecin müəllimi Akif Bağırov kitabxana rəhbərliyinə və  əməkdaşlarına tədbiri hazırladıqları üçün təşəkkürünü bildirmiş, tələbələrin sualları cavablandırılmışdır. 

01081110
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
165
225
1125
8032
1081110

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: