"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda "Göycə" Festivalı keçiriləcək

Hörmətli Naxçıvanlılar və şəhərimizin qonaqları!

3-ü və 4-ü iyun 2017-ci il tarixdə  Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçiriləcək. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.

"Ən yaxşı göycə" müsabiqəsi keçiriləcək və qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

Qeyd edək ki, Naxçıvanda ötən il də Göycə Festivalı keçirilmişdi. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanmışdı.

Hər birinizi unudulmaz musiqili və əyləncəli “Göycə” festivalına dəvət edirik.

 

01010525
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
249
533
1302
186083
1010525

Tarix: 24-04-2024
Biz, sosial şəbəkələrdə: