"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan göycəsi” festivalının ikinci günündə də festivala maraq böyük olub

İyunun 3-də başlayan ikinci göycə festivalına bu gün də maraq böyük olub.

Səhər saatlarından Naxçıvanqalanın geniş ərazisində yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edib.

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə", Naxçıvan Musiqi Kollecinin "Gənclik" instrumental  musiqi ansamblının ifaları festival iştirakçılarında xoş ovqat yaradıb.

Muxtar respublikada göycənin ən çox yetişdirildiyi Şərur, Babək, Kəngərli, Culfa və Ordubad rayonlarından 200-dən çox bağbanın gətirdiyi meyvələrə böyük maraq olub. 20 tondan çox göycənin gətirildiyi festivalda vətəndaşlara nümunəvi satış xidməti də təşkil olunub. Naxçıvan bazarlarında ilin bu mövsümündə göycə bolluğu olsa da, nəfis şəkildə bəzədilmış stendlərdə sərgilənən göycələrin və göycədən hazırlanmış məhsullara maraq çox idi.

Tədbirin sonunda “Ən yaxşı göycə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub. Müsabiqənin nəticələrinə əsasən Şərur rayonunun Danyeri kənd  sakini Yaqub Həsənov  1-ci, Naxçıvan şəhər sakini Vidadi Quliyev   2-ci, Babək rayonunun Şıxmahmud kənd sakini Nüsrəddin Musayev  3-cü yerə layiq görülüblər. Münsiflər heyətinin qərarına əsasən əlavə bir həvəsləndirici yer də müəyənləşdirilib ki, həmin yerin sahibi Ordubad rayonunun Sabirkənd  sakini Xəlil Fərəcov olub.

01081177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
232
225
1192
8099
1081177

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: