Naxçıvanın bu il İslam Mədəniyyətinin paytaxtı seçilməsi İslam ölkələrinin yurdumuza marağını artırıb. Dünya ölkərinin mətbuatında mütəmadi olaraq Naxçıvanla bağlı məqalələr çap olunur.
Növbəti məqalə isə Qırğızıstanın kabar.kg agentliyinin rəsmi internet səhifəsində çap olunub.
Məqalə Naxçıvan İslam Mədəniyyəti-2018 rəsmi internet saytının açılmasından bəhs edir. Qeyd olunur ki, Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018 rəsmi internet saytı Azərbaycan və İngilis dilində hazırlanmış, 8 ana bölüm və 27 alt bölümdən ibarətdir.
Məqalədə bəhs olunur ki, 2009-cu il oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət Nazirlərinin Bakıda keçirilən 6-cı konfransında alınan qərara görə Naxçıvan şəhəri 2018-ci il İslam Mədəniyyətinin paytaxtı seçilib.
Yeni yaradılan saytda Naxçıvanın tarixi, mədəniyyəti, abidələri, İslam dünyasında tutduğu yeri və mövqeyi barədə ətraflı məlumatlar və fotoşəkillər yerləşdirilib.