"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd turizmi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

İyun ayının 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ordubad rayonunun Çənnəb kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib. Qeyd edək ki, bu nazirliyin kənd yaşıl turizmi ilə bağlı bu il keçirdiyi altıncı tədbirdir. Bundan əvvəl analoji tədbirlər Şahbuz rayonunun Kükü, Culfa rayonunun Ərəfsə, Ordubad rayonunun Bist və Tivi, Şərur rayonunun Şahbulaq kəndlərində də keçirilmişdir. Nazirliyin tərtib etdiyi qrafikə əsasən muxtar respublikanın bütün bölgələrində kənd yaşıl turizmilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

 

Çənnəb kəndinin sakinlərinin də iştirak etdiyi bu tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Aparatının Turizm şöbəsinin müdiri Piri Nağıyev “Ordubad rayonunun Çənnəb, Düylün və Üstüpü kəndlərinin turizm potensialı” mövzusunda çıxış edib. Tədbir iştirakçılarına kənd yaşıl turizmi haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, işin düzgün qurulması qədim diyarımızın tarixini və coğrafiyasını, milli dəyərlərimizin təbliğ olunmasında əhəmiyyətli rol oynaya bilər. Zəngin təbiətimiz, ekoloji cəhətdən təmiz qida məhsullarımız, şəfalı sularımız muxtar respublikada ekoloji və kənd yaşıl turizminin inkişafını şərtləndirən əsas amillərdəndir. Kənd sakinlərinə mart ayında muxtar respublika Ali Məclisində turizmin inkişafı ilə bağlı keçirilən müşavirə haqqında geniş məlumat verilib.

Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Əkbər Novruzov “Kənd yaşıl turizmi və bu sahədə gəlirlərin formalaşması” mövzusunda çıxış edərək kənd turizmində evlərdə turistlərə göstəriləcək xidmətlər, qiymətlər və gəlirlərin formalaşması, turizmlə bağlı ölkəmizdə yaradılmış qanunvericilik bazası haqqında məlumat verib. 

 

Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktoru Gülnarə Sadiqova “Turizm İnformasiya Mərkəzinin kənd yaşıl turizminin təbliğində rolu” mövzusunda çıxışında mərkəzin muxtar respublikanın təbii mənzərələri, tarixi abidələr və görməli yerləri haqqında apardığı təbliğat işindən danışıb. Bildirib ki, Çənnəb, Düylün və Üstüpü kəndlərində də bu sahəni inkişaf etdirmək üçün geniş imkanlar və şərait mövcuddur. Kənd yaşıl turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

01063049
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
233
340
2865
3252
1063049

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: