Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 24-də Əkbər Novruzovun Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilməsi haqqında sərəncam imzalayıb.
Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əkbər Nadir oğlu Novruzov Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru təyin edilsin”.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 23-də mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həmin sərəncamla Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb.
Departamentin yeni direktoru olan Ə.Novruzov bundan əvvəl Naxçıvan Muxtar Respublkası Mədəniyyət və Turizm Nazirliyində Turizm şöbəsinin müdiri vəzifəsində çalışıb.