Mayın 19-u və 20-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət nazirlikləri, şəhər və rayon icra hakimiyyətlərinin təşkilatçılığı ilə keçiriləcək .
Festivalın açılışı may ayının 19-da saat 1100-da olacaq.
Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsullarının sərgi-satışı həyata keçiriləcək.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək Göycə Festivalı özünün rəngarəngliyi və müxtəlifliyi ilə sizdə xoş ovqat yaradacaq.
Qeyd edək ki, Naxçıvanda ötən illərdə də Göycə Festivalı keçirilib. Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.