"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin təqdimatı olub. 

Təqdimat mərasimində çıxış edən birliyin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il iyunun 2-də imzaladığı Sərəncama əsasən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin ötən il noyabrın 25-də keçirilən ilk iclasında hazırlıq işləri ilə bağlı məsələlər müzakirə olunub, görüləcək işlərin istiqaməti müəyyənləşdirilib. Bu il yanvarın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipinin hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə əlaqədar loqotipin hazırlanması məqsədilə yaradıcılıq müsabiqəsi elan edilib.

Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar Birliyi tərəfindən müsabiqənin əsasnaməsi hazırlanıb və həmin əsasnaməyə uyğun olaraq təyin edilmiş münsiflər heyəti tərəfindən loqotip seçilib. Müsabiqədə həm Naxçıvanda, həm də muxtar respublikadan kənarda yaşayan yaradıcı insanlar – rəssamlar, memarlar və tələbələr iştirak edib, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip təqdim olunub. Qiymətləndirmə zamanı yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması və asan qavranılması ilə yanaşı, həmin loqotipin Naxçıvanın türk-islam mədəniyyəti nümunələrini, eləcə də qədim tarixini və müasirliyini əks etdirməsinə üstünlük verilib.

Ardını oxu...

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir

Fevralın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı 2018” loqotipinin seçilməsi ilə bağlı tədbir keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 iyun tarixli Sərəncamı ilə 2018-ci ildə İslam mədəniyyəti paytaxtı tədbirlərinin keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır. Təşkilat Komitəsinin ilk iclası 2016-cı il noyabrın 25-də Naxçıvan şəhərində keçirilmiş və Tədbirlər Planı təsdiq olunmuşdur.  Tədbirlər Planında nəzərdə tutulan ilk tədbirlərdən biri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunması ilə bağlı loqotipin hazırlanması idi. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan-2018” loqotipinin hazırlanması haqqında” 2017-ci il 23 yanvar tarixli Sərəncamına əsasən Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar Birliyi tərəfindən loqotipin hazırlanması üçün yaradıcılıq müsabiqəsi elan edilmişdir. Bu gün deyə bilərik ki, müsabiqə iştirakçıların fəallığı şəraitində keçmiş, 40-a yaxın iştirakçı tərəfindən 70-dən çox loqotip nümunəsi təqdim olunmuşdur. 

Ardını oxu...

Naxçıvan şəhəri – 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı

Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan ərazisi qədim və orta əsrlər zamanı yaradılmış tarix-mədəniyyət abidələri, o cümlədən müxtəlif təyinatlı memarlıq nümunələri ilə çox zəngindir. Ərazidə qədimdən memarlıq sahəsində başlanan inkişaf orta əsrlər zamanı özünün yüksək səviyyəsinə çatmışdır. VII yüzilliyin ortalarından başlayaraq islamlaşan Azərbaycanda bütün qurucu­luq işləri, o cümlədən memarlıq abidələri özündə yerli türk ənənələrini saxlamaqla bərabər, həm də islami xarakter daşımağa başlamışdır. 

Memarlıqda yaranan qədim ənənələri qoruyub saxlayan və yaradıcılıqla inkişaf etdirən orta əsr Azərbaycan sənətkarları yaranmış yeni şəraitdə bu ənənələri ümum­islam mədəniyyətinə xas çalarlarla bacarıqla zənginləşdirmiş, onların sintezinə nail olmuş, nəticədə, Azərbaycan memarlığı abidələri həm də ümumislam mədəniyyətinin tərkib hissəsinə çevrilmişdir. Məhz bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 10 yanvar 2017-ci ildə imzaladığı Sərəncamın preambula hissəsində qeyd etmişdir ki, “Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının mərkəzlərindən biri olmuşdur. O, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynamışdır. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaratmışdır”.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir

Noyabrın 25-də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün biz Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESKO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESKO-nun qərarı ilə 2007-ci ilin no­yabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır.

Ardını oxu...

01055966
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
110
1888
4018
1055966

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: