"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda heyrətamiz inkişafın şahidi oldum

Xəbər verdiyimiz kimi, Beynəlxalq Miqrasiya Təşkilatının Beynəlxalq Əməkdaşlıq və Tərəfdaşlıq İdarəsinin direktoru xanım Jill Helken aprelin 27-də Naxçıvan Muxtar Respublikasında birgünlük səfərdə olub. Səfər müddətində Naxçıvanın bir çox gəzməli-görməli yerləri ilə tanış olan qonaq səfər təəssüratları barədə “Şərq qapısı” qəzetinə müsahibə verib.

– Xanım Jill Helken, sizi yenidən Naxçıvanda görmək xoşdur.
– Çox sağ olun, mən də yenidən Naxçıvanda olmaqdan, buradakı tanışlarla görüşməkdən çox məmnunam. Bu, mənim muxtar respublikaya ikinci səfərimdir. İlk dəfə burada 15 il bundan əvvəl olmuşam. O zaman əməkdaşlığımız yeni başlayırdı. Budəfəki səfərdə isə məqsədimiz mövcud əməkdaşlığın davam etdirilməsi ilə bağlı müzakirə aparmaq və Naxçıvanla yenidən tanış olmaq idi. 
– Yəqin ki, tanış ola bildiniz?

– Əlbəttə, qeyd edim ki, ötən illər ərzində Naxçıvan tamamilə dəyişib, burada heyrətamiz inkişafın olduğunu gördüm. Bunu sözlə ifadə etmək çətindir. Naxçıvanın tarixi abidələri, muzeyləri, təbii müalicə ocaqları bizdə xoş təəssürat yaratdı. Bu tarixi abidələrə dövlətiniz tərəfindən necə həssas münasibət bəslənildiyinin şahidi olduq. Bir sözlə desək – mükəmməl və heyranedici. Eyni zamanda burada öz işini bilən savadlı, bacarıqlı kadrlar var. Naxçıvanda olarkən bir çox rəsmi qurumların rəhbərləri ilə görüşdük, müzakirələr apardıq, eyni zamanda “Readmissiya və insan hüquqları” mövzusunda keçirilən seminarda iştirak etdik. Bütün bunlar çox maraqlı və faydalı oldu. Düşünürəm ki, muxtar respublika ilə bağlı gələcək planlarımız yenə də yüksələn xətt üzrə inkişaf edəcək. 

– O zaman güman edirik ki, Naxçıvana səfərləriniz də intensiv xarakter daşıyacaq.
– Təbii ki, Naxçıvana gəlməyi hər zaman arzulamışam. Ancaq bildiyiniz kimi, təşkilatımız tərəfindən dünyanın bir çox ölkələrində layihələr həyata keçiririk, tez-tez müxtəlif regionlarda səfərdə oluruq, yəni vaxt məhdudiyyəti burada özünü göstərir. Lakin ümid edirəm ki, Naxçıvana növbəti səfərim daha 15 il sonra olmayacaq. 
– Müsahibə üçün sağ olun.

 

01063046
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
230
340
2862
3249
1063046

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: