"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bundan sonra əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərimi artıracağam

Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Qyu mayın 2-də Naxçıvan Muxtar Respublikasına səfər edib. “Şərq qapısı” qəzetinin müxbirinə səfərinin məqsədi və səfər təəssüratları barədə danışan səfir Kim Çanq-Qyu deyib: “Səfərimin məqsədi Naxçıvan Muxtar Respublikası ilə tanış olmaq, əməkdaşlıq əlaqələrinin inkişaf istiqamətlərini müzakirə etməkdir. Xüsusilə mədəniyyət sahəsində bizim əlaqələrimizin inkişaf perspektivləri çox yüksəkdir. Qarşılıqlı əməkdaşlıq imkanlarımız çox genişdir. Çünki xalqlarımız eyni mədəni köklərə sahibdir”. 

Səfir qeyd edib ki, Naxçıvan Biznes Mərkəzində muxtar respublikada istehsal olunan məhsullarla tanış olub: “Naxçıvan Biznes Mərkəzində olarkən gördüklərim və verilən məlumat məndə belə bir qənaət yaratdı ki, Naxçıvan Muxtar Respublikası özünün istehsal etdiyi məhsullarla yerli tələbatı tam ödəyir. Naxçıvan əhalisi firavan və xoşbəxt yaşayır. Ona görə ki, muxtar respublika çox böyük inkişaf yolu keçib. Tarixi şəhər mədəniyyətinə malik olan Naxçıvan şəhəri həm də müasir görkəmi ilə diqqətimi cəlb etdi. Naxçıvan əhalisinin öz torpaqlarını düşməndən müdafiə etmək əzmi çox yüksək qiymətə layiqdir”.

Çoxsaylı koreyalı tələbələrin Naxçıvanın ali təhsil müəssisələrində təhsil almasını yüksək qiymətləndirən Kim Çanq-Qyu deyib: “Düşünürəm ki, bundan sonra da əməkdaşlıq əlaqələrimizi daha da genişləndirmək imkanlarımız var və biz bunun üçün daha çox çalışmalıyıq. Mən bundan sonra əməkdaşlığımızın daha da genişləndirilməsi üçün səylərimi artıracağam”.

Muxtar respublikanın tarixi məkanlarını, tarixi abidələrini ziyarət etdiyini qeyd edən səfir deyib ki, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olarkən buradakı daş qoçlar onun diqqətini cəlb edib: “Maraqlıdır ki, Koreyadakı qədim məzarların üzərində də buna bənzər daş qoç heykəlləri vardır. Bunlar bir daha xalqlarımızın ortaq tarixi köklərə malik olduğunu göstərir. Mənim arzum odur ki, Altay dil qrupuna daxil olan, eyni mədəni irsi paylaşan xalqlar olaraq biz birgə inkişaf edək, sülh şəraitində yaşayaq”. 

Muxtar respublikada vətənpərvərlik hisslərinin çox yüksək olduğunu müşahidə etdiyini bildirən səfir deyib: “Mən burada onun da şahidi oldum ki, Naxçıvan əhalisi öz torpağı ilə, öz Vətəni ilə fəxr edir, xüsusilə də Heydər Əliyevin Naxçıvanda doğulub boya-başa çatdığına görə çox böyük qürur hissləri keçirir. Bu, insanların Vətəninə, torpağına, ümummilli liderinə sıx bağlılığını göstərir”.

01070348
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
105
242
4431
10551
1070348

Tarix: 23-11-2024
Biz, sosial şəbəkələrdə: