"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda keçirilən konfrans tarixi hadisə kimi yaddaşlarda qalacaqdır

Dekabrın 6-da Naxçıvan şəhərində “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Konfrans nümayəndələrinin müsahibələrini təqdim edirik.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə: – Müqəddəs Naxçıvan torpağı bir çox dahilər yetişdirib. Xalqımızın ümummilli lideri ­Heydər Əliyev də bu torpaqda doğulub boya-başa çatıb. Ulu öndərimiz ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Heydər Əliyev ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də ulu öndərimizin əsasını qoyduğu dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının ­Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması da həmin məqsədyönlü siyasətin davamıdır. “İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans bu baxımdan əhəmiyyətlidir.

Qeyd etmək istərdim ki, Naxçıvan tarixən dini-mənəvi dəyərlərin qorunub saxlanıldığı yer olub. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadi və mədəni inkişafla yanaşı, dini dəyərlərin qorunmasına da xüsusi diqqət yetirilir. Naxçıvan gündən-günə gözəlləşir, inkişaf edir. Mən Naxçıvana tez-tez gəlirəm. Naxçıvanın işıqsız, təbii qazsız qalan günlərini də görmüşəm və son illər burada görülən böyük işləri, irəliləyişləri də görürəm. Bütün bunlar məni çox sevindirir. Burada gedən inkişafı yaradan və onun bünövrəsini qoyan, əlbəttə ki, ulu öndər Heydər Əliyevdir. Bu gün qədim diyarda ümummilli liderin yolunu uğurla davam etdirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikanın çiçəklənməsində böyük zəhməti vardır. 

Biz konfransdan əvvəl Naxçıvandakı muzeylərdə olduq, Naxçıvan şəhərində yeni tikilən möhtəşəm məscidi gördük. Burada belə bir möhtəşəm məscidin tikilməsi bir daha naxçıvanlıların dininə, mədəniyyətinə, torpağına bağlılığının nümunəsidir. Həyata keçirilən bu tədbirlər imkan verəcəkdir ki, Naxçıvan şəhəri 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı missiyasını uğurla reallaşdırsın. “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın yüksək səviyyədə keçirilməsi də bunun göstəricidir.

Mən Allah-Taaladan muxtar respublika sakinlərinə, ümumilikdə, Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Arzu edirəm ki, işğal altındakı torpaqlarımız düşmən tapdağından azad olunsun. Allah-Taala Prezidentimiz cənab İlham Əliyev həzrətlərini həmişə uca eləsin, Vətən naminə gördüyü işlərini uğurlu etsin. Onun yardımçılarından, ən yaxınlarından biri olan Ali Məclisin Sədri cənab Vasif Talıbova Allah-­Taaladan cansağlığı arzulayıram.

Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov: – Ümummilli liderimiz Heydər Əliyev Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi illərdə Azərbaycan dövlətçiliyinin əsasını müəyyənləşdirib. Məhz həmin dövrdə Naxçıvan, ümumilikdə isə ölkəmiz çətin günlərini yaşayırdı. Lakin dahi şəxsiyyət Azərbaycanı düz yola çıxardaraq bugünkü inkişafının – tərəqqi yolunun əsasını qoyub. Heydər Əliyev yolu sülh, dostluq, həmrəylik yoludur. Bu gün ölkə başçısının bu yolu uğurla davam və inkişaf etdirməsinin nəticəsidir ki, Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, dünyada sülhə, sabitliyə və dini həmrəyliyə öz töhfəsini verir. Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans da bu siyasətin növbəti müsbət təzahürü olmaqla, insanları sülhə, həmrəyliyə, birliyə çağırır. 

Konfransdan əvvəl biz Naxçıvanın dini-mədəni, tarixi abidələri ilə tanış olduq. Uzun illər Naxçıvanda yaşamış bir insan kimi, bu gün buradakı inkişafı, abadlığı görmək məni çox sevindirir. Naxçıvanda görülən işlər Azərbaycanın bütün regionları üçün nümunədir. Burada olarkən diqqətimi cəlb edən bir məqam da ən ucqar dağ kəndlərində belə müasir standartlara cavab verən məktəblərin, infrastrukturun yaradılması oldu. Ümumiyyətlə, Azərbaycanın bugünkü inkişafı dünya miqyasında inkişafın, tərəqqinin, sülhün, əmin-amanlığın qorunmasının nümunəsidir.

01063046
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
230
340
2862
3249
1063046

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: