"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

Dini-ziyarət turizmi

 

 

İstənilən ölkəyə səyahət edən turist ilk növbədə həmin ölkənin tarixinə, yaşayış tərzinə, dini mənsubiyyətini əks etdirən maddi-mədəniyyət nümunələrinə maraq göstərir. Deməli, turizm həm də hər hansı ölkənin mədəni irsinin, dini abidələrinin dünyaya tanıdılmasında vasitə rolunu oynayır. Bu səbəbdən də dünya təcrübəsində tarixi mədəniyyət və dini abidələr həm də turizmin inkişafına təsir göstərən, ölkənin turistlər üçün cəlbedici olmasını şərtləndirən mühüm faktorlardan biri hesab olunur. Muxtar respublikamız dini ziyarətgahlarla da zəngindir. Burada 140-a yaxın ziyarətgah mövcuddur. Belə ki, burada  müxtəlif dini obyektlər - pirlər, imamzadələr  var və imanlı insanlar bu obyektləri ziyarət edirlər. Muxtar respublika ərazisində mövcud olan dini obyektlərdən ən mühümü isə müqəddəs Qurani Kərimin «Əl-Kəhf» surəsində haqqında bəhs edilən Əshabi-Kəhf ziyarətgahıdır. 2004-cü ildən “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi adı altında fəaliyyət göstərən ziyarətgahda ziyarətçilər üçün hər cür şərait yaradılmışdır. Hər il buraya on minlərlə insan ziyarətə gəlir.

Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi də turistlərin ən çox ziyarət etdikləri abidələrdən biridir. Bununla yanaşı, Naxçıvan şəhərində İmamzadə Abidə Kompleksi, Şərur rayonunun Xanlıqlar kəndində Parçı İmamzadəsi və Tənənəm kəndində Piri-Süleyman piri, Kəngərli rayonunun Qarabağlar kəndində Asnı piri, Ordubad rayonunun Nüsnüs kəndində Nüsnüs piri, Culfa rayonunun Camaldın kəndində Ərməmməd piri və Xanəgah kəndində eyniadlı abidə kompleksi, eləcə də digər dini abidələri istər yerli vətəndaşlar, istərsə də xarici turistlər istədikləri vaxt ziyarət edə bilərlər.

00150474
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
163
338
2557
7181
150474

Tarix: 17-12-2017
Biz, sosial şəbəkələrdə: