"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Müalicə turizmi

Zəngin təbii sərvətlərə malik olan Naxçıvan Muxtar Respublikası öz təbii müalicə obyektləri ilə də məşhurdur. Bu müalicə obyektlərində dünyanın müxtəlif yerlərindən gələn insanlar şəfa tapırlar. Muxtar respublikamızda müalicə turizminin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın mineral su ehtiyatının 60%-i muxtar respublikanın payına düşür. Mineral suların bir hissəsi müalicə əhəmiyyətlidir (Sirab, Darıdağ, Badamlı və s.). Təbii müalicə obyekti Duzdağ bir sıra xəstəliklərin müalicəsində əvəzsiz rola malikdir. Bundan başqa Culfa rayonu ərazisində yerləşən Darıdağ Arsenli su müalicəxanasında bir çox xəstəliklər müalicə olunur. Dünyanın bir çox yerlərindən buraya xəstələr müraciət edir. Bu təbii müalicə vasitələrinin bir hissəsindən artıq muxtar respublikada müvəffəqiyyətlə istifadə edilir (Duzdağ Fizioterapiya Xəstəxanası, Darıdağ Arsenli Su Müalicəxanası). Bu baxımdan müalicə turizminin inkişafı üçün potensial böyükdür.

Naxçıvanda böyrək daşlarının müalicəsi üçün istifadə olunan mineral su mənbələri sırasında Şahbuz rayonu ərazisindəki “Böyrək suyu” adlanan bulaq mühüm əhəmiyyətə malikdir. Burada bulaq suyunun qablaşdırılması və kütləvi istifadəsi üçün zavod fəaliyyət göstərir. Bu suyun dörd növ böyrək daşını salması faktı elmi cəhətdən təsdiqini tapıb. Qeyd edək ki, xarici ölkələrin heç birində belə tərkibdə mineral su yoxdur. Naxçıvandakı radonlu və kükürdlü suların analoqunu xarici ölkələrdə az-az tapmaq mümkündür. Daxili orqanların müalicəsində möcüzəvi rola malik olan dəmirli sular haqqında da eyni fikirləri söyləmək mümkündür. Dəmirli sular qaraciyərin dərmanıdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində, iltihabyaradıcı amillərin aradan qaldırılmasında karbonlu sulardan istifadə etmək olar. Bu sulardan təkcə müalicə müddətində deyil, bərpa dövründə də istifadə etmək mümkündür. Naxçıvanda 250-dən çox mineral su mənbələri mövcuddur. Sirab, Badamlı kimi mineral sular həm də süfrə suyu kimi istifadə olunur.

01080820
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
100
381
835
7742
1080820

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: