"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd-yaşıl turizmi

 

 

Böyük sənaye şəhərindən və ya xaricdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu böyük olur. Buna "kənd turizmi" də deyilir və adından da bəlli olduğu kimi, yerləşmə obyekti - kənd evidir. Dünya təcrübəsində ev sahibi öz evində turistləri qəbul etdiyi halda, bu ev kənd qonaq evi statusuna malik olur. Kənd qonaq evi adətən bir ailəyə məxsus olmaqla, qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsidir.

Həyata keçirilən tədbirlər çərçivəsində kənd turizminin yaradılması da diqqət mərkəzində saxlanılır. Artıq insanlar şəhərin sıxlığından, abu-havasından əziyyət çəkib ucqar yaşayış yerlərinə üz tuturlar. Muxtar respublikanın ərazisi bu baxımdan böyük potensiala malikdir. Ucqar dağ yaşayış məntəqələrindən biri olan Şahbuz rayonunda dağlar qoynunda yerləşən "Batabat" restoranı ərazisində hər cür şərait yaradılmış kateclər buraya üz tutanlar üçün münasib qiymətlərlə istirahət etmək və mənəvi rahatlıq tapmağa imkan verir.

Muxtar respublikanın kənd-yaşıl turizm potensialını artıran mühüm obyektlərdən biri də Şahbuz rayonunun eyniadlı kəndində fəaliyyət göstərən Ağbulaq İstirahət Mərkəzidir. Kənd dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşir. Buna baxmayaraq kənddə meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilir. Bu da turistlərin ekoloji cəhətdən təmiz qida məhsulları ilə təmin olunmasına imkan verir. Burada qiymətlərin münasibliyi, təklif olunan xidmətlər qonaqları razı salır. Ağbulaq İstirahət Mərkəzi xidmət səviyyəsi, yaradılmış hərtərəfli şərait fonunda sözün əsl mənasında nümunəvi turizm obyekti təəssüratı yaradır.

Muxtar respublikanın ən ucqar kəndlərinə belə rahat yollar çəkilmiş, Naxçıvan şəhərindən bütün rayon və kəndlərə marşrut xətləri, taksi xidməti fəaliyyət göstərdiyindən gediş-gəliş xeyli asanlaşmışdır. Həmçinin muxtar respublikanın bir neçə kəndinə dəmiryolu nəqliyyatı ilə də getmək mümkündür. Turistlər Naxçıvan şəhərində və rayon mərkəzlərində fəaliyyət göstərən mehmanxanaların xidmətindən istifadə edə bilərlər. Mehmanxanalar ekoloji cəhətdən təmiz, gözəl təbiət məlnzərələri ilə əhatə olunmuş, tarix mədəniyyət abidələri ilə zəngin ərazilərdə yerləşdirilmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndləri belə fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchiz edilmişdir. Telefon rabitəsi vasitəsilə dünyanın istənilən yeri ilə əlaqə yaratmaq mümkündür. Bütün bunlar ən tələbkar turistin ehtiyaclarını ödəməyə imkan verir.

01080795
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
75
381
810
7717
1080795

Tarix: 25-12-2024
Biz, sosial şəbəkələrdə: