Dekabrın 19-da Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən təşkil olunan istehsalat təcrübəsi çərçivəsində Naxçıvan Dövlət Universitetində Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri Xatirə Muzeyində olublar.
Burada onlara məlumat verilib ki,Xatirə muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır. Həmçinin qeyd olunmuşdur ki, muzeydə soyqırımı faktları, şəhidlərin fotoşəkilləri, ermənilərə qarşı döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda Milli və Sovet İttifaqı qəhrəmanlarının fotoşəkilləri, şəxsi əşyaları və onlara aid olan digər materiallardan ibarət ümumilikdə 1874 eksponat mühafizə olunur və nümayiş etdirilir.
Muzeyin ekspozisiyası ilə tanışlıqdan sonra tələbələri maraqlandıran suallar cavablandırılmışdır.