Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Departamentə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisasları üzrə təhsil alan III kurs tələbələrinin istehsalat təcrübəsi keçmələri təşkil olunur. Departamentin təşkilatçılığı ilə təşkil olunmuş təcrübə çərçivəsində tələbələr Şəms Turizmdə olublar.
Burada Şəms Turizmin əməkdaşı tərəfindən bu turizm firmasının fəaliyyəti, iş prinsipi barədə ətraflı məlumat verilib və vurğulanıb ki, Şəms Turizm müştərilərin turizmlə bağlı ehtiyaclarını qarşılamaq məqsədi ilə müxtəlif turlar təşkil edir, tur bələdçilərlə, hava yolu və avtobus şirkətləri ilə, daxili və xarici mehmanxanalarla əməkdaşlıq edir. Tələbələr daxili və xarici turlardan sağlamlıq turizminə, təyyarə və avtobus bilet təminatından təşkilati xidmətlərə qədər bütün xidmətlərin təşkili barədə məlumat alıblar.
Həmçinin, sektordakı yenilikləri izləyərək, fərdi və təşkilati formada inkişaf edərək müştərilərə gülər üzlə, yüksək səviyyəli xidmət etməyin önəmi vurğulanıb. Turizmlə bağlı ehtiyaclarını qarşılamaq məqsədi ilə müxtəlif turlar təşkil edir, tur bələdçilərlə, hava yolu və avtobus şirkətləri ilə, daxili və xarici mehmanxanalarla əməkdaşlıq edir. Tələbələr daxili və xarici turlardan sağlamlıq turizminə, təyyarə və avtobus bilet təminatından təşkilati xidmətlərə qədər bütün xidmətlərin təşkili barədə məlumat alıblar.