"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda ənənəvi “Göycə” Festivalı keçiriləcək

NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Göycə” Festivalı  keçiriləcək .

Festivalın açılışı iyun ayının 1-də saat 11:00-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Göycə” Festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.

01070373
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
17
113
4456
10576
1070373

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: