"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Kənd yaşıl turizminin inkişafı diqqət mərkəzindədir

Şahbuz rayonunun Biçənək kəndində kənd yaşıl turizminin inkişaf etdirilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Piri Nağıyev bildirib ki, turizmin inkişafında vətəndaşların da üzərinə müəyyən vəzifələr düşür. Turist cəlb edilməsində təmiz iqlim və saf suyun, yaşıllığın, abad kənd şəraitinin, insanı cəlb edən təbiət mənzərələrinin, infrastrukturun yüksək səviyyədə olmasının və qonaqpərvərliyin bu sahənin inkişafına imkan verdiyi diqqətə çatdırılıb. Kənd sakinlərinin istehsal etdikləri ekoloji cəhətdən təmiz məhsulları gələn qonaqlara və turistlərə təqdim etməklə, həmçinin  evlərini müəyyən müddətə kirayə verməklə, yaxın ərazidə yerləşən gözəl təbiətə malik Batabata gəzintilər təşkil etməklə öz ailə büdcələrini artıra biləcəkləri qeyd olunub. Bu da kənd yaşıl tuziminin inkişafını şərtləndirən əsas amillərdən biridir.

Daha sonra, Naxçıvan Turizm İnformasiya Mərkəzinin direktor əvəzi Pəri İbrahimova turizm potensialının təbliği mövzusunda çıxış edərək bildirmişdir ki, Mərkəzdə təbliğat işi istiqamətində ardıcıl işlər görülür, turistlərin sorğuları cavablandırılır, internet resurslarından istifadə etməklə muxtar respublikanın turizm potensialı tanıdılır, kənd sakinlərinin iştirakı ilə maarifləndirici tədbirlər keçirilir. Bu maarifləndirici görüşlərin keçirilməsində məqsəd kənd yaşıl turizminin təşviqi, kənd evləri sahibləri arasında turizmin bu növünün inkişaf etdirilməsi, kəndli təsərrüfatında məşğulluğun artırılması, yaşıl turizmin dəstəklənməsi, kənd yaşıl turizmə aid müvafiq tur və ekskursiyaların təşkil edilməsidir.

Həmçinin qeyd olunmuşdur ki, Mərkəzin internet səhifəsində hostellər və kirayə verilən evlər adlı xüsusi bölmə yaradılıb. Bu bölmədə hostellər və kirayə verilən evlərin fotoşəkilləri, ünvan və əlaqə nömrələri də qeyd olunub. 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

01080946
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
1
225
961
7868
1080946

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: