"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Peter Teys: Naxçıvan həm təbiətin, həm də insan əllərinin yaratdığı möcüzədir

Ötən günlərdə “Bakı Prosesi” çərçivəsində paytaxt Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil edilmişdi. Həmin tədbirin iştirakçısı, “Şərq qapısı” qəzetinin oxucularına yaxşı tanış olan amerikalı ekspert, jurnalist Peter Teyslə görüşüb həmsöhbət olduq.

– Sizinlə yenidən görüşməyimizə çox şad olduq. Siz Naxçıvanı yaxşı tanıyırsınız və bir neçə dəfə muxtar respublikada olmusunuz…

– Bəli, mən Naxçıvanda dəfələrlə olmuşam. Burada keçirdiyim xoş günləri çox yaxşı xatırlayıram. Muxtar respublikada gənclərin multikultural ənənələrə dərindən bələd olmaları, onların bu ruhda tərbiyə edilmələri üçün çox yaxşı təcrübə mövcuddur. Bunu Naxçıvana səyahət edən hər bir ekspert təsdiq edə bilər.

Onu da deyim ki, “Şərq qapısı” qəzeti, eləcə də oradakı digər dostlarımla əlaqələrim vasitəsilə Naxçıvan Muxtar Respublikasının inkişafını və burada həyata keçirilən iqtisadi, sosial və humanitar məzmunlu tədbirləri yaxından izləyirəm. Elə bu tədbirdə də dünyanın 5 qitəsinin və 40-a yaxın ölkəsindən gəlmiş gənclərə Naxçıvan barədə xeyli məlumat vermişəm.

– Naxçıvanlı gənclərin fəallıqları sizə necə təəssürat bağışlayır?

– İlk olaraq Naxçıvan gənclərinin humanitar sahələrdəki fəallıqlarını xüsusilə qeyd edə bilərəm. Bilirsiniz, elm, təhsil, turizm və idman kimisahələrdə naxçıvanlı gənclərin uğurları böyükdür. Qəzetiniz və sosial şəbəkələr vasitəsilə son dövrlərdə Naxçıvanda keçirilən beynəlxalq şahmat tədbirləri barədə məlumatları, buraya gələn yüksək səviyyəli qonaqların, xarici diplomatların, turistlərin təəssüratlarınımaraqla oxuyuram. Bu, mənə böyük zövq verir. Naxçıvanın turizm ehtiyatları, tarixi zənginliklərini araşdıran elmi məqalələrin Amerikada dərc edilməsi və burada mənim yazılarıma istinad olunması da məni sevindirir. Sıx əlaqədə olduğumCənubiAmerika ölkələrindən Naxçıvana maraq göstərən xeyli sayda həmkarım vardır. Elə bu tədbirdə də argentinalı jurnalistlərə Naxçıvanın qədim tarixindən, sosial-iqtisadi inkişafından bəhs etdim. Qarşıdakı illərdə onlarla birlikdə muxtar respublikaya səfər etməyi planlaşdırırıq.

– Yeri gəlmişkən, gələcəkdə naxçıvanlı jurnalistlərlə birgə fəaliyyətə dair hansı planlarınız vardır?

 – Naxçıvanın müasir inkişafı və burada turizmin perspektivləri barədə bu tədbirdə iştirak edən jurnalist və elm adamları ilə fikir mübadiləsi aparmışıq. Həqiqətən də, 30 ilə yaxın bir dövrdə blokadada yaşayan bir diyarın bu şəkildə inkişaf etməsinin möcüzə olduğunu qeyd etmişik. Naxçıvan həm təbiət möcüzəsi, bu gün isə həm də insan əlləri ilə yaradılan möcüzədir. Bu barədə AZƏRTAC-a və Azərbaycan televiziyasına müsahibələrimdə də danışmışam. Önümüzdəki dövrdə Portuqaliyadan olan dostumla Naxçıvanda sənədli film çəkmək, 2020-ci ildə isə Naxçıvan Muxtar Respublikasının son dövrlərdəki hərtərəfli inkişafından bəhs edən kitabımı bitirmək istəyirəm. Bunun üçün müştərək çox iş görməliyik.

– Müsahibə üçün sağ olun!

 Əli CABBAROV

01081203
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
5
253
1218
8125
1081203

Tarix: 27-12-2024
Biz, sosial şəbəkələrdə: