Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb.
Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.
Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Naxçıvandan olan "Duzdağ" otelin direktoru Vurğun Səfərov və "Təbriz" otelin direktoru Mustafa Mustafayev Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.
"Nuhçıxan" İnformasiya Agentliyi