"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən seminar və praktik məşğələ keçirilmişdir

11 oktyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Qızlar Liseyində seminar və praktik məşğələ keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva açaraq bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Daha sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin bütün bölgələri kimi Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı hazırlayıb istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, hazırda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən qədim mətbəx nümunələrimizin öyrənilməsi istiqamətində sistemli iş aparılır.

Mərkəzin mütəxəssisi Fəridə Əsədova Naxçıvan mətbəxinə məxsus bəzi yemək növləri və onların hazırlanma qaydaları haqqında şagirdlərə məlumat vermiş, bəhs olunan yemək nümunələri slayd vasitəsilə nümayiş etdirilmişdir.

Tədbirin sonunda praktik məşğələ keçirilmiş, şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

01070370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
113
4453
10573
1070370

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: