"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində dəyirmi masa keçirilmişdir

15 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin dinləyici qismində iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır, beynəlxalq tələblərə cavab verən müasir turizmin frastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi turizmin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmişdir.

Bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikasının tarix-mədəniyyət abidələri ilə zənginliyi turistləri bu diyara cəlb edən əsas amillərdəndir. Ali Məclis Sədrinin müvafiq sərəncamına uyğun olaraq muxtar respublikada 1200-dən çox tarixi abidə pasportlaşdırılaraq qeydiyyata alınmışdır. 70-ə yaxın tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur. Son illər Möminə xatın türbəsi bərpa edilmiş, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində yenidənqurma işləri aparılmış, Nuh Peyğəmbərin məzarüstü türbəsi, muxtar respublika ərazisindəki buzxanalar, Naxçıvan şəhərindəki İmamzadə Kompleksi, “Came” məscidi, Zaviyə mədrəsəsi, İsmayılxan hamamı, Naxçıvanqala, Xan sarayı, Culfa rayonundakı Xanəgah Abidə Kompleksi, Əlincəqala, Gülüstan türbəsi, Qazançı körpüsü, Ordubad rayonundakı Aza körpüsü, Qeysəriyyə, Kəngərli rayonundakı Qarabağlar Türbə Kompleksi, Babək rayonundakı Nehrəm İmamzadəsi və digər tarixi abidələr bərpa olunmuşdur.

Naxçıvan Muxtar Respublikasının ölkə və beynəlxalq miqyaslı tədbirlərdə iştirakının təbliğat baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayan Ə.Novruzov, bu tədbirlərin Naxçıvanın beynəlxalq turizm bazarında mövqeyinin möhkəmləndirilməsi işində də xüsusi rol oynadığını qeyd etmişdir. Təkcə 2019-cu ildə Bakı şəhərində keçirilmiş 3-cü Qlobal Sağlamlıq Turizm Forumu və Qlobal Sağlamlıq Turizm Şurasının 5-ci Assambleyasında, Gürcüstanın Batumi və İranın Ərdəbil, Türkiyənin Van şəhərlərində keçirilən beynəlxalq sərgilərdə Naxçıvan Muxtar Respublikası da təmsil olunmuş, bu tədbirlərdə Naxçıvan Muxtar Respublikasının turizm potensialı geniş şəkildə təbliğ olunmuş, videoçarxlar nümayiş etdirilmiş, turizm təbliğat materialları iştirakçılara təqdim olunmuşdur.

Tədbirdə “Nəqşicahan Holdinq Şirkətlər Qrupu” MMC-nin iqtisadi məsələlər üzrə direktor müavini Rifat Mahmudov, Naxçıvan Dövlət Universitetinin Bələdiyyə və turizm kafedrasının müdiri Flora Kərimova, “Naxçıvan” Universitetinin İqisadiyyat Fakültəsinin dosenti Əli Cabbarov çıxış edərək muxtar respublikamızda müstəqillik illərinin turizm sahəsinə qazandırdığı nailiyyətlərdən bəhsetmişdir. Çıxış edənlər aparılan məqsədyönlü siyasət nəticəsində muxtar respublikamızda turizmin sürətli inkişaf edən sahələrdən birinə çevrilməsinin, Naxçıvana gələn turistlərin sayının ilbəil artmasının məhz bu sahəyə dövlət səviyyəsində göstərilən qayğının məntiqi nəticəsi olduğunu qeyd etmişlər.

Daha sonra mövzu ətrafında müzakirə aparılmışdır. Müzakirədə həmçinin Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin sektor müdiri Həsən Kərimov, Naxçıvan Turizm İnformasiya Mərkəzinin baş mütəxəssisi Pəri İbrahimova, “Qafqaz Turizm” MMC-nin direktoru, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov iştirak etmişdir. Müzakirə zamanı vurğulanmışdır ki, bu gün sosial-iqtisadi inkişafı təmin edən vasitələrdən biri kimi turizm ehtiyatlarından səmərəli istifadə olunmasına xüsusi diqqət yetirilir, mövcud meyarlara uyğun turizm məhsulunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır. Burada qədim dövrlərin yadigarı olan tarixi-memarlıq abidələri, təbiət abidələri, tarixi yaddaşı özündə əks etdirən, qədim insanların ilk məskunlaşdığı Gəmiqaya abidəsi, bu yerlərin əzəmətinin, məğlubedilməzliyinin simvolu olan Əlincəqala, möhtəşəmliyi ilə seçilən Haçadağ, Göy-göl, Əshabi-Kəhf və yüzlərlə sənət əsərləri, ərazidə 250-dən çox mineral və müalicəvi əhəmiyyətli su mənbələrinin mövcudluğu  və s. Naxçıvan diyarının analoqu olmayan turizm potensialıdır.

Qeyd olunmuşdur ki, kənd turizminin inkişafı məqsədilə Departamentin əməkdaşları Şahbuz rayonunun Ağbulaq, Kükü və Biçənək kəndlərində olmuş və burada turist qəbul edəbiləcək və gələcəkdə hostel kimi istifadə edilə biləcək evlər müəyyənləşdirilmişdir. Həmçinin, Departamentin təşkilatçılığı ilə bu kəndlərdə turist qəbul edəcək hostellərin təqdimatı keçirilmişturizm mövsümü ərzində turist qəbul edə biləcək və hostel kimi istifadə ediləbiləcək evlərə qanunvericiliyə uyğun olaraq sertifikatlar, eləcədə VÖEN-lər hazırlanmış və ev sahiblərinə təqdim olunmuşdur. Həmçinin Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində xüsusi bölmə yaradılaraq evlər haqqında məlumat və fotoşəkillər bu bölmədə yerləşdirilmişdir.

Dəyirmi masada Naxçıvan Turizm İnformasiya Mərkəzi tərəfindən muxtar respublikanın turizm potensialının təbliği sahəsində görülən işlərin əhəmiyyətivurğulanmışdır. Qeyd olunmuşdurki, Mərkəzin Facebook, twitter, google+ və instagram səhifələrində, həmçinin rəsmi internet səhifəsində muxtar respublika haqqında təbliğat xarakterli müxtəlif məlumatlar daxil edilir və turizm potensialının tanıdılması, həmçinin, Mərkəzə müraciət edən Türkiyə, İran İslam Respublikası, Finlandiya, ABŞ, İngiltərə, İrlandiya, Kanada, Danimarka, Çin, Avstraliya, Almaniya, Çexiya, Polşa, Koreya,Yaponiya və digər xarici ölkə vətəndaşlarının maraqlarının öyrənilməsi diqqət mərkəzində saxlanılır, elektron poçt ünvanı və  telefon vasitəsilə daxil olan müraciətlər məzmununa uyğun olaraq cavablandırılır.

Muxtar respublikanın turizm potensialının təbliğinə dair çoxsaylı buklet və broşüraların, tanıtım çarxlarının, eləcə də turist marşrutlarınınhazırlanması da turizmin inkişafına müsbət təsir göstərmişdir.

Turizm sahəsində kadr hazırlığının mühüm əhəmiyyətə malik olduğu qeyd olunmuş, bildirilmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Departamentə hamiliyə verilmiş Naxçıvan Dövlət Universiteti və “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan  tələbələrinə mehmanxanalarda istehsalat təcrübəsi keçilmiş, eləcə də muzeylərə və tarixi abidələrə ekskursiyalar, turoperatorların fəaliyyəti ilə tanışlıq təşkil olunmuşdur.

Tədbir çərçivəsində, eyni zamanda mehmanxana və mehmanxana tipli obyektlərin, muxtar respublikamızda turizm fəaliyyəti ilə məşğul olan şirkətlərin fəaliyyətinə də nəzər salınmış, işin səmərəli təşkili, turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

01070370
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
14
113
4453
10573
1070370

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: