Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmış “Peşəkar ofisiant” startap layihəsi çərçivəsində çay süfrəsi üzrə növbəti praktik məşğələ keçirilmişdir.
21 fevral 2020-ci il tarixdə Təbriz mehmanxanasında keçirilən məşğələdə layihə iştirakçılarına çay süfrəsinin hazırlanması qaydası haqqında geniş məlumat verilmiş, süfrənin salınma qaydası, yemək süfrəsindən çay süfrəsinə keçid və həmçinin maqqaşdan istifadə etməklə servis edilməsi əyani şəkildə nümayiş etdirilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.