"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turizm sahəsində dövlət standartlarının tətbiqi” mövzusunda seminar keçirilmişdir

23 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə “Turizm sahəsində dövlət standartlarının tətbiqi” mövzusunda seminar keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, Azərbaycanın turizm profilli ölkəyə çevirilməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai coğrafi mövqeyi, turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir. İlk öncə Azərbaycanın bu sahədə düzgün siyasəti, strategiyası turizmin inkişafına stimul yaradır. Məlumdur ki, turizm milli maraqların və iqtisadi inkişafın əsas istiqamətlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı bu gün tam əmin olmalıdır ki, turizm insanın sosial-iqtisadi problemlərini həll etməyə qadirdir. Bu sahə milli gəlirin əhali arasında bərabər bölünməsinə də müəyyən şərait yaradır. Bildirilmişdir ki, ölkəmizdə turizm sənayesinin hüquqi bazası Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 4 iyun 1999-cu il tarixdə “Turizm haqqında Azərbaycan Respublikasının Qanunu”nun qəbulu ilə qoyulmuşdur.

Məruzəçi qeyd etmişdir ki, bütün ölkələrdə olduğu kimi Respublikamızda da  Standartlaşdırma sahəsində işlərin səviyyəsi iqtisadiyyatın tələbatına və müasir dövrün tələblərinə  uyğun qurulmaqdadır. Göstərilən xidmətin keyfiyyətinin və rəqabətyönümlülüyünün artırılması üçün turizm məhsullarının sertifikatlaşdırılması əsas şərtlərdən biridir. Turizm məhsullarının standartları, bu məhsulların keyfiyyətinin, alqı-satqı prosesinin şərtlərini, eləcə də məhsulların keyfiyyətinin nəzarət üsullarını nizamlayan sənədlərdir. Onlar bir tərəfdən istehlakçıya göstərilən xidmətlərin keyfiyyətinə təminat verir, o biri tərəfdən istehsalçını keyfiyyətli xidmət göstərməsinə  yönəldir.

Qeyd olunmuşdur ki, Turizm sahəsində məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində standartlara və tələblərə əməl olunmasına dövlət nəzarətini Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti həyata keçirir. Departament öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını rəhbər tutur.

Seminarda Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Texniki tənzimləmə və standartlaşdırma şöbəsinin aparıcı məsləhətçisi Əli Şərifov çıxış edərək Azərbaycan Respublikasında turizm sahəsində qəbul olunmuş standartlar haqqında tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Məruzəçi “Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi” haqqında çıxış etmiş, slayd vasitəsilə mehmanxanaların növləri, mehmanxana və mehmanxana tipli müəssisələrin qiymətləndirilməsi və dövlət standartlarının tətbiqi qaydalarından geniş şəkildə bəhs etmiş, mehmanxana və mehmanxana tipli obyektlərin kateqoriyalarının fərqləndirilməsi üçün onların ümumi anlayışı və əsas meyarları, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi qaydası və sertifikatlaşdırmanın əhəmiyyətini iştirakçıların diqqətinə çatdırmışdır.

Seminarın sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

 

 

01081116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
171
225
1131
8038
1081116

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: