"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm Departamentinin kollektivi sərgi-satışla tanış olub

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə təşkil olunan məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış davam edir.

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin kollektivi keçirilən sərgi-satışda sərgilənən sənətkarlıq nümunələrinə baxıblar.

Məlumat verilib ki, beş ildən çoxdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına əsasən məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışı təşkil olunur. Belə sərgi-satışların təşkilində məqsəd qadınların istedad və bacarıqlarını üzə çıxarmaq, ailə dəyərlərimizi, çoxəsrlik adət-ənənələrimizi gənclərə aşılamaq, nəsildən-nəslə ötürülərək keçmişdən bu günümüzə gəlib çatan milli dəyərlərimizi əl işlərimizə köçürüb yaşatmaqdır.

Diqqətə çatdırılıb ki, sərgi-satışda rayon (şəhər) icra hakimiyyətlərinin təşkilatçılığı ilə istedadlı qadınlarımızın, o cümlədən kəndlərimizdə yaşayan evdar qadınlarımızın, həmçinin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən qadınların da əl işləri sərgilənir. 

 

01081125
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
180
225
1140
8047
1081125

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: