"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir keçirilmişdir

12 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində muxtar respublikada fəaliyyət göstərən turizm sektoru nümayəndələri və turizm könüllülərinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq tədbir iştirakçılarına muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi geosiyasi mövqe, rəngarəng landşaftı, fauna və florası, mineral bulaqları, müalicə mərkəzləri, qədim tarixi, mədəniyyət abidələri, ekoloji cəhətdən təmiz qida məhsulları və müasir infrastruktura malik olan yaşayış məntəqələri burada turizmin bir çox növünün inkişafına zəmin yaradır.

 Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə son illər qədim diyarın mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına müsbət təsir etmişdir. Bu gün muxtar respublikanın ən ucqar dağ kəndlərinə belə rahat asfalt yollar salınmış, qaz və su xətləri çəkilmiş, müasir infrastruktur obyektləri tikilmiş, fasiləsiz elektrik enerjisi, sürətli internet şəbəkəsi təmin edilmişdir.

Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikasında yerləşdirmə obyektlərinə olan tələbatı ödəmək məqsədilə müasir tipli istirahət mərkəzləri, mehmanxanalar və mehanxana tipli müəssisələr fəaliyyət göstərir. Cari ilin 17 fevralında istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi turistlərin ilin bütün fəsillərində təbiət qoynunda istirahətlərinin təmin edilməsinə şərait yaradacaqdır. Şahbuz rayonunun Ağbulaq kəndində aparılan abadlıq və quruculuq işləri isə buranı kənd turizmi üçün daha əlverişli bir bölgəyə çevirəcəkdir.

Direktor bildirmişdir ki, daxili turizmin inkişafı və təşkil olunan daxili turlar turizm sektoru nümayəndələrinin daha da püxtələşməsinə və xidmətin keyfiyyətinin yüksəlməsinə səbəb olacaqdır. Əminliklə deyə bilərik ki, bu gün dinamik inkişafa hesablanmış dövlət siyasətinin nəticəsində pandemiyadan sonrakı dövrdə Naxçıvan Muxtar Respublikası dünyada unikal turizm bölgəsi kimi tanınacaq və muxtar respublikaya gələn turistlərin sayı ilbəil artacaqdır.

Tədbirdə çıxış edən Ağbulaq Xizək Mərkəzinin müdiri Fərid Seyidov bildirmişdir ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülüb, Ali Məclis Sədrinin Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Bu il fevral ayının 17-si tarixində Ağbulaq Xizək Mərkəzi istifadəyə verilmişdir. Qısa müddət öncə fəaliyyətə başlamasına baxmayaraq Mərkəz Anadolu Ajansı, yenihavadis.com, haberler.com, beyazgazete.com kimi xarici azertag.az, qia.az, serqqapisi.az kimi yerli mətbuat orqanların diqqətini çəkmişdir.

Qeyd olunmuşdur ki, dünyada beynəlxalq standartlara cavab verən xizək mərkəzlərinin adlarının öz əksini tapdığı www.snow-forecast.com saytında artıq Ağbulaq Xizək Mərkəzinin də adı qeyd olunmuşdur.

Sonra tədbirdə iştirak edən Natiq Travel MMC-nin müdiri Natiq Paşayev çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının turizm potensialı coğrafi mövqeyi, zəngin təbiəti və tarixi-mədəni irsi, son illərdə isə yerlərdə müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, mehmanxanaların inşası, yol-nəqliyyat və digər müasir infrastrukturların yaradılması xarici turistlərin muxtar respubikaya marağını daha da artırmışdır. Son dövrlərdə istifadəyə verilən Ağulaq Xizək Mərkəzi, Saat Meydanı, digər kafe və restoranlar daxili turizmin inkişafına öz töhfəsini verməkdədir.

Tədbirdə mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılmış, muxtar respublikanın turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir

Sonda tədbir iştirakçılarına müxtəlif istiqamətlər üçün hazırlanmış turizm marşrutlarının, Naxçıvan Muxtar respublikasının və Naxçıvan şəhərinin turist xəritələrindən ibarət bukletləri təqdim olunmuşdur.

01081129
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
184
225
1144
8051
1081129

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: