"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Turizm və ekologiya” dərnəyinin üzvləri Naxçıvan Turizm İnformasiya Mərkəzində ekskursiyada olmuşlar

4 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin “Turizm və ekologiya” dərnəyinin üzvləri Naxçıvan Turizm İnformasiya Mərkəzində ekskursiyada olmuşlar.

Mərkəzin əməkdaşı Pəri İbrahimova Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılması və fəaliyyəti barədə dərnək üzvlərinə məlumat vermişdir. Qeyd edilmişdir ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir.

Həmçinin qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər hotellər, restoranlar, muzeylər, mağazalar, hostellər və kirayə verilən evlər, tarixi mədəniyyət abidələri, turoperatorlar, bələdçilər haqqında məlumat əldə edə bilərlər.

Dərnək üzvlərinə Mərkəz tərəfindən hazırlanmış muxtar respublikanın turizm potensialını əks etdirən reklam-informasiya vasitələri, Mərkəzin sosial şəbəkələrdəki səhifə və qrupları haqqında da geniş məlumat verilmişdir.

Sonda dərnək üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

01081117
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
172
225
1132
8039
1081117

Tarix: 26-12-2024
Biz, sosial şəbəkələrdə: